son dəqiqə SON DƏQİQƏ
Bernardu Silva: “Real”a “yox” demək mümkün deyildi” A Seriyasında klubunu dəyişdi Bundesliqadan La Liqaya Cənubi Koreya millisinin üzvü “Turan”da “Sumqayıt” “İmişli”yə məğlub olub Şeydayevin yeni klubu bəlli oldu Yardımlıda ölkə çempionatı keçiriləcək 36 yaşlı yarımmüdafiəçi “Çelsi”də “Neftçi”də yeni müqavilə ABŞ Poçettino ilə bağlı qərarını verdi “Turan Tovuz” Türkiyə klubunu darmadağın edib “Xankəndi”dən yeni transfer Velosipedçimiz Çində beynəlxalq turnirin çempionu olub Premyer Liqa klublarının yay transferləri "Sumqayıt"da yeni hücumçu Nazir medalçılarla görüşüb "Zirə" Konate ilə vidalaşdı - Konfrans Liqası: "Qarabağ"ın pley-offda potensial rəqibləri bəlli oldu Əmirquliyev yenidən "Səbail"də Avropa Liqası: "Trabzonspor"un play-offda potensial rəqibi bilindi AL: "Sabah" "Orhus"a məğlub olsa... "Turan Tovuz" üçün sonuncu sınaq Hazırlığın son mərhələsi başladı: Yığma 2 yoxlama matçına çıxacaq Əsas mərhələyə gedən yolda Türkiyə klubunun daha bir rəqibi bəlli oldu "Sabah"ın pley-off mərhələsində potensial rəqibi müəyyənləşib Bakıda mükafat fondu 5 min dollar olan beynəlxalq yarış keçiriləcək Azərbaycan millisinin Şamaxıda təlim-məşq toplanışına start verilib Avropa Kuboku: Azərbaycanı Skopyedə 13 cüdoçu təmsil edəcək

Yevlaxda sadə epizod, ciddi səhv - YAZI

Bölmə adı Premyer Liqa / Yazı / Manşet
Yayımlandı 2-05-2026, 22:07

Premyer Liqanın 30-cu turunun "Kəpəz" - "Sumqayıt" matçı Azərbaycan futbolunda uzun müddət müzakirə olunacaq bir məqamla yadda qaldı. Mən deyərdim ki, hakimlərin təcrübəsizliyi öz sözünü dedi. 


Əslində hər şey yaxşı gedirdi. Lakin Əli Əliyevin verdiyi 2 penalti qərarı oyunun nəticəsinə təsir etdi. "Sumqayıt" tərəfi hər iki epizodda qərarın yanlış olduğu düşünür. Məncə, ikinci qərar doğru idi. Amma...


Əli Əliyev əslində birinci epizodu meydanda çox düzgün qiymətləndirmişdi; topun müdafiəçinin öz ayağından əlinə sıçradığını aydın görüb oyunu davam etdirdi. Lakin VAR otağında əyləşən Elvin Bayramovun müdaxiləsi və referini monitora çağırması hər şeyi bir anda dəyişdi.



​Burada futbolun təməl qaydası sayılan IFAB-ın 12-ci bəndi hamı üçün dərslik olmalıdır. Həmin qayda birmənalı şəkildə bildirir ki, top oyunçunun öz bədənindən, yəni ayağından, başından birbaşa və gözlənilmədən əlinə gəlirsə, bu, qayda pozuntusu hesab edilə bilməz. Müdafiəçi robot deyil və bir metr məsafədən öz bədənindən qayıdan topa fiziki olaraq reaksiya verməsi qeyri-mümkündür. Əli Əliyev meydanda bu ədaləti və qaydanın ruhunu tam qorumuşdu.


​Təəssüf ki, sonradan monitorun qarşısına keçən referi aşkar təkrarlara baxsa da, nədənsə öz ilkin və düzgün qərarından döndü. Elvin Bayramovun yanlış çağırışı və Əli Əliyevin monitor başında verdiyi qərar peşəkarlıqdan uzaq bir təcrübəsizliyin nəticəsidir. 


Beynəlxalq qaydalar "penalti deyil" dediyi halda, texnologiyanın köməyi ilə ağa qara deyilməsi futbolun məntiqinə tamamilə ziddir. Bu qərarla həm "Sumqayıt"ın haqqı yeyildi, həm də IFAB qaydaları Yevlaxın yaşıl meydanında kağız üzərində qaldı. VAR aşkar səhvləri düzəltmək üçündür, sadə və düzgün qərarları səhvə çevirmək üçün yox.


İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR