
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev karyerasını Norveçdə davam etdirə bilər.
Sport1.az “News Now”a istinadən xəbər verir ki, azərbaycanlı müdafiəçi ilə “Bude-Qlimt” yaxından maraqlanır.
Norveç təmsilçisi Ağdam klubunda daxili nizam-intizam qaydalarını pozaraq əvəzedici heyətə göndərilən 25 yaşlı oyunçunu mövsümün sonunda transfer etməyi planlaşdırır.
Komanda rəhbərliyi Elvinə yüksək məvacibli müqavilə təklif etmək niyyətindədir.
Qeyd edək ki, “Bude-Qlimt” bu mövsüm UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə qədər irəliləyib.