
Mövsümün sonunda “Qarabağ”dan ayrılması gözlənilən Elvin Cəfərquliyev karyerasını Türkiyədə davam etdirə bilər.
Sport1.az saytının əldə etdiyi məlumata görə, Qurban Qurbanovun daxili nizam-intizam qaydalarını pozduğuna görə əvəzedici heyətə göndərdiyi müdafiəçi ilə “Trabzonspor” yaxından maraqlanır.
Qara dəniz təmsilçisinin yaxın zamanda 25 yaşlı futbolçu üçün “köhlən atlar”ın qapısını döyməsi gözlənilir.
Qeyd edək ki, Elvin Cəfərquliyev 2019-cu ildən “Qarabağ”ın formasını geyinir.