13:23 25.02.2025 441

AFFA İntizam Komitəsi hüquqdan sui-istifadə edir - İDDİA

Xəbər verdiyimiz kimi, AFFA İntizam Komitəsi "Şamaxı" - "Turan Tovuz" oyunundan öncə paylaşılan bəyanata görə, qərb təmsilçisini 20 min manat cəzalandırıb.

Sport1.az xəbər verir ki, idman hüquqşünası Elcan Həsənli məsələ ilə bağlı şəxsi feysbuk hesabında paylaşım edib. Vəkil İntizam Komitəsinin qərarının əsassız olduğunu qeyd edib:

"Məsələ ilə bağlı hüquqi mövqeyimi bildirmək istərdim. Əvvəlcə AFFA-nın İntizam Məcəlləsinin 47-ci maddəsinə baxmaq lazımdır. Həmin maddə AFFA və PFL əməkdaşlarının şərəf və ləyaqətinin alçaldılması adlanır:

* 47.1. Əgər futbolçu geniş kütlə qarşısında və ya KİV-də AFFA və PFL əməkdaşlarının şərəf və ləyaqətini alçaldarsa və ya onları təhqir edərsə, həmin oyunçu 5 oyunluq matçlardan kənarlaşdırılır və klub 10000 (on min) manat məbləğində cərimə edilir.

* 47.2. Bu hərəkətləri rəsmi şəxs edərsə o, matçlardan 10 oyun kənarlaşdırılır və klub 20000 (iyirmi min) manat məbləğində cərimə edilir.

Maddənin məzmunundan da göründüyü kimi Turan Tovuz FK açıqlamasında AFFA və PFL əməkdaşlarının şərəf və ləyaqətinin alçaldılması ilə bağlı hər hansı ifadə yoxdur. Gəlin, "Turan Tovuz"un bəyanatına baxaq!

"Futbol ictimaiyyətinin diqqətinə! Bu gün Misli Premyer Liqasının 24-cü turu çərçivəsində, saat 14:30-da Şamaxı şəhər stadionunda “Şamaxı” - “Turan Tovuz” oyunun baş tutmalıdır. Ancaq hava şəraiti səbəb kimi göstərilərək oyunun canlı yayımının baş tutmayacağı və “VAR” ın olmayacağı dəqiqləşib. Bu səbəbdən klub olaraq rəsmi şəkildə oyunun təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etmişik. Bir daha bəyan edirik ki, VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var. Qeyd etmək istəyirik ki, bir neçə gün öncədən hava şəraitinin kəskin dəyişəcəyi haqda rəsmi proqnoz verilməsinə və bu haqda PFL-ə rəsmi məlumat verməyimizə baxmayaraq bu hadisələr baş vermişdir".


İntizam Komitəsi eyni zamanda qərarında İntizam Məcəlləsinin 2.4-cü maddəsinə istinad etmişdir. Həmin maddə də qeyd edilir ki, İntizam Komitəsi cəzanın növünü təyin edərkən yüngülləşdirici və ağırlaşdırıcı halları nəzərə ala bilər. Əgər müvafiq əsasnamə və reqlamentlərdə hər hansı bir məsələ üzrə qaydalar mövcud deyildirsə, onda İntizam Komitəsi hüquq və ədalət prinsiplərinə əsaslanaraq qərar qəbul etmək hüququna malikdir. Bu maddə ümumilikdə İntizam Komitəsinə çox geniş səlahiyyətlər vermişdir. Yəni, İntizam Komitəsi İntizam Məcəlləsində olmayan istənilən məsələ ilə bağlı qərar verə bilər. Təbii ki bu yolvərilməz və hüquqa uyğun olmayan bir əməldir. Hesab edirəm ki, bütün qayda pozuntuları İntizam Məcəlləsində öz əksini tapmalıdır. Klublar da əvvəlcədən bilməlidirlər ki, hansı əməli törətsələr, nə cəza onları gözləyir. Bu hal isə AFFA-nın İntizam Komitəsinin hüquqdan sui-istifadə etməsinə gətirib çıxarır. Təsəvvür edin, siz hansısa bir əməl törədirsiniz və o əməl İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Lakin inzibati orqan sizi həmin əmələ görə istədiyi məbləğdə cərimə edir".
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

16:53

Yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilib

15:13

Avropa Liqası: Millimiz İspaniya ilə qarşılaşacaq

14:30

"Qarabağ" növbəti transfer həmləsi: Portuqaliyadan müdafiəçi gəlir

14:17

“Araz-Naxçıvan”dan ayrıldı, ölkəsində çıxış edəcək

11:52

8 şahmatçımız dünya çempionatında iştirak edəcək

10:53

“Şamaxı”da məşqçi heyəti bəlli oldu

09:54

DÇ-2026: Türkiyə Avstraliya ilə bacarmadı

00:38

La Liqa klubunda yeni müqavilə - RƏSMİ

00:23

"Qarabağ"dan növbəti transfer: Portuqaliyadan oyunçu gəlir

23:12

“Arsenal”ı “Bornmut”a dəyişə bilər

22:27

Avstriya millisində yeni müqavilə

21:54

Millilərimiz Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyunlarında mübarizə aparacaq

21:31

“Barselona”nın futbolçusu Fransa klubunun radarında

20:57

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

20:22

Avarçəkənlərimizdən Dünya Kubokunda bürünc medal

19:58

Yaya Ture Slovakiya klubunda - RƏSMİ

19:33

“Liverpul”un futbolçusu Premyer Liqada klubunu dəyişə bilər

18:54

Atletika üzrə ölkə çempionatına yekun vurulub

18:23

Braziliya millisinin sabiq üzvü VƏFAT ETDİ

18:00

DÇ-2026-da yeni rekord

17:30

"Arsenal" 40 milyon ödəməyə hazırdır

17:07

İnfantinonun zarafatından narazı qaldılar

16:46

Bundesliqa klubunun danışıq apardığı mütəxəssis

16:23

Mundialda tarixi nailiyyət

16:00

Dünya çempionatından sonra ayrılıq

15:45

Kyeza ölkəsinə qayıda bilər

15:29

Ronaldonu geridə qoydu

15:05

“Titulu qazanmaq üçün buradayıq”

14:44

“24 ildir gözlədiyimiz oyundur”

14:14

"Liverpul"dan London klubuna?

13:53

"Futbolçular böyük tərifə layiqdirlər"

13:43

“Turan Tovuz”a 3 milyonluq sponsor dəstəyi gəlir

13:26

"Şəfa"da yeni müqavilə - RƏSMİ

13:03

İngiltərə millisi üçün xoşagəlməz hadisə

12:12

25 milyonluq təklif

11:51

Təlim-məşq bazasının yaxınlığında cəsəd tapıldı

11:27

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

11:01

Levandovski ABŞ yolunda

10:49

Klub məşhur futbolçu ilə vidalaşdı

10:30

Futbol tarixində ilk

10:10

"Real" futbolçusunu bu ölkənin klublarına təklif etdi

09:50

Neymar ilk oyunu buraxacaq

09:29

PSJ "Monako"nun futbolçusunu istəyir

09:00

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

00:58

DÇ-2026: Ev sahibi Bosniya və Herseqovina ilə bacarmadı - YENİLƏNİB

23:56

MOK-un nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir

23:12

“Sabah”dan növbəti transfer - RƏSMİ

22:57

“Arsenal”ın futbolçusu “Beşiktaş” yolunda

22:27

Yaponiya millisinin üzvü Bundesliqa klubunda

21:56

“Yuventus”da rəhbər dəyişikliyi

21:39

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

20:54

Atletika üzrə ölkə çempionatına start verilib

20:42

Qış İdman Növləri Federasiyasının nümayəndələri FİS-in Beynəlxalq Xizək Konqresində iştirak ediblər

20:23

İtaliya klubunun yeni baş məşqçisi bəlli oldu

19:58

“Gəncə”dən yeni transfer

19:37

30 yaşlı hücumçu yenidən “Porto”da

19:28

AFFA-da klub nümayəndələri ilə görüş keçirilib

18:56

A Seriyası klubunda yeni təyinat - RƏSMİ

18:31

Millimiz Çində Dünya Kubokunda çıxış edəcək

18:00

"Barselona"dan Torres qərarı

17:30

"Sabah"ın yeni transferi üçün ödədiyi məbləğ

17:07

MLS klubu fransalı futbolçu ilə razılığa gəldi

16:45

"Arsenal"ın yeni transfer hədəfi

16:16

Bellinqemin mövqeyi dəyişə bilər

16:00

“Tanqoçular”da dəyişiklik

15:45

Bölgə klubunda ayrılıq

15:28

Müqavilələrlə bağlı yeni tələb

15:05

Martinesin durumuna aydınlıq gəldi

14:50

Boş tribunalara görə tənqid

14:30

PSJ-nin satmaq istədiyi futbolçu