son dəqiqə SON DƏQİQƏ
Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı

Bu klub millinin oyunçusundan AFFA-nın baş katibinə şikayət ünvanladı - ŞOK

Bölmə adı Futbol / I Liqa / Manşet
Yayımlandı 6-04-2026, 00:27

Azərbaycan futbolunda növbəti intizam qalmaqalı yaşanır.


Sport1.az-ın əldə etdiyi məlumata görə, I Liqada çıxış edən “Difai”nin U-21 millisinə dəvət alan gənc qapıçısı Sadiq Məmmədzadə ilə bağlı klub tərəfindən ciddi ittihamlar irəli sürülüb.


Məsələ ilə bağlı Ağsu təmsilçisi AFFA-nın baş katibi Cahangir Fərəcullayevə məktub ünvanlayıb:


“Hər bir klub futbolçusu milliyə dəvət aldıqda, onun dövlətini daha yaxşı şəkildə təmsil etməsi üçün həmin idmançıya daha çox oyun şansı verir. İdman növündən asılı olmayaraq, millini təmsil edən idmançı nəinki öz idmançı keyfiyyətləri, eyni zamanda nizam-intizamı, təlim-tərbiyəsi, milli-mənəvi göstəriciləri ilə də seçilməli, nümunəvi olmalıdır.


U-21 yığmamıza dəvət alan Sadiq Məmmədzadə milliyə çağrıldıqdan sonra özünü nəinki nizam-intizamsız aparmağa, eyni zamanda komandadan üstün saymağa, hörmətsizlik etməyə başladı.


Belə ki, I Liqanın 13-cü turunda “Şahdağ Qusar” ilə oyuna 06/02/2026-cı il tarixində komandanın yığışmalı olduğu vaxtdan 40–45 dəqiqə gec gəlmiş, gəldikdən sonra komandanın təyin etdiyi sarı köynəyi geyinmək istəmədiyini bildirmişdi. Məşqçilərin təkidi ilə sarı köynəkdə oyuna çıxan S. Məmmədzadə komanda ilə şəkil çəkdirməkdən imtina etmiş, qapı istiqamətinə gələn bütün toplara demək olar ki, heç bir reaksiya verməmişdir. Bununla da komandanın 0:4 hesabı ilə məğlub olmasına şərait yaratmışdır.


Gənc və perspektivli olmasını nəzərə alaraq, məşqçilər onunla müvafiq söhbətlər aparmışlar. I Liqanın 14-cü turunda, 13/02/2026-cı il tarixində, eyni şəkildə komandanın yığışmalı olduğu vaxta gəlməməsi səbəbindən artıq komanda onu gözləməmiş və öz hesabına birbaşa oyuna gəlməsi tapşırılmışdı. S. Məmmədzadə komanda onu gözləmədiyi üçün geri qayıtdığını, yalnız onu təmsil etdiyi menecer şirkətinin müdaxiləsindən sonra oyundan sonra gəldiyini bildirmişdir. Menecerin S. Məmmədzadənin gələcək karyerasını nəzərə alaraq təlim-tərbiyəsini düzəldəcəyi vədi ilə ona daha bir şans verilmişdi.


I Liqanın 16-cı turunda 25/02/2026-cı il tarixində “Şəfa”ya qarşı oyunda yol verdiyi kobud və anlaşılmaz səhvlər bütün bunların yalnız səhv olmadığı, bilərəkdən edildiyi və araşdırılmasına ehtiyac duyulduğu məqamlar kimi tərəfimizdən qiymətləndirilmişdir.


Bununla bağlı keçirilən iclasda S. Məmmədzadəyə iki turda milli komanda deyil, heç həvəskar liqa qapıçılarının belə etmədiyi səhvlərlə 12 (on iki!) top buraxmasının şübhə doğurduğu və araşdırılması üçün zəmin yaratdığı bildirilmişdi. İclasdan sonra S. Məmmədzadə bir daha bu cür hərəkətlərə yol verməyəcəyi, nizam-intizam qaydalarına tam və ciddi riayət edəcəyi barədə vəd verdi.


Milliyə növbəti dəvətdən sonra, I Liqanın 20-ci turunda 02/04/2026-cı il tarixində keçiriləcək “Zaqatala” ilə oyuna komanda ilə getməyə çatdırmadığı və Azərbaycana 01/04/2026-cı il tarixində geri döndüyü üçün S. Məmmədzadə ilə məşqçi danışdıqdan sonra 01/04/2026-cı il tarixinə 64 saylı Bakı–Balakən sürət qatarına bilet alınmışdı.


01/04/2026-cı il tarixində saat 18:20-də WhatsApp tətbiqi ilə S. Məmmədzadə klub prezidentinə zəng edərək “işinin çıxmasını” əsas gətirib qatarla gələ bilməyəcəyini, səhər saatlarında Bakı–Zaqatala istiqamətində hərəkət edən taksi ilə gələcəyini bildirmişdir.


Komandanın məşqçisi Davud Əsgərov saat 13:50 radələrində təyin olunmuş iclasa qədər gəlməli olduğunu S. Məmmədzadənin diqqətinə çatdırmışdır. Lakin S. Məmmədzadə nəinki qeyd olunan vaxta Zaqatalaya gəlməmiş, inzibatçı və məşqçinin dəfələrlə etdiyi telefon zənglərinə cavab verməmiş, saat 16:40 radələrində “yatıb qaldığını” bildirmişdir.


İdmançı milli komandada yetişmir, klubda yetişir. Milliyə layiq olduğunu sübut edir. Yalnız Azərbaycanda deyil, bütün dünyada ilk növbədə təmsil etdiyi komandanın şərəfini layiqincə qoruyan idmançılar milliyə dəvət alırlar. “Çox yorğun olduğunu” əsas gətirən, komandanın mənafeyini heçə sayan, saat 20:00 radələrində “Instagram” səhifəsində kofe-şopdan şəkil paylaşan idmançının millinin şərəfini layiqincə qoruyacağına inanmırıq.


Milli komanda düşərgəsindən eyni şəkildə “Zaqatala”nın futbolçusu Okan Təhməzli də qayıtmışdı. Qeyd olunan futbolçu oyunun 2-ci hissəsində oyuna daxil oldu. Bu, həmin oyunçunun peşəkarlığını, klub və milli qarşısında olan öhdəliklərinə sadiq olduğunu göstərir.


Yığma hər birimizin ortaq dəyəridir və onun uğurları üçün bütün klublar səy göstərməlidir. Bu səbəbdən klubda qeyri-peşəkar, nizam-intizamsız davranan bir şəxsin millinin şərəfini qoruyacağına şübhə edirik.


13-cü və 20-ci turlarda keçirilən oyunlar zamanı S. Məmmədzadə tərəfindən komandanın bilərəkdən uduzdurulması istiqamətində hərəkətlərinin ciddi araşdırılmasını xahiş edirik.”


MİRZƏ SAKİT

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR