“Qarabağ”da nələr baş verir? - BU FUTBOLÇU KOMANDADAN GÖNDƏRİLDİ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 18-04-2026, 19:10

“Qarabağ”ın heyətində “təmizlik işləri” davam edir.


Sport1.az saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi mövsümün əvvəlində Zaqreb “Dinamo”sundan icarəyə götürdüyü Sami Mmaeeni komandadan göndərib.


Son bir neçə ayda əvəzedici heyətdə çıxış edən 29 yaşlı müdafiəçi məxsus olduğu kluba geri qayıdıb.


Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.


Qeyd edək ki, Sami bu mövsüm “Qarabağ”ın heyətində 15 rəsmi matça çıxıb və 1 qol vurub.


Xatırladaq ki, daha əvvəl Elvin Cəfərquliyev və Abbas Hüseynov klubdaxili nizam-intizam qaydalarını pozduqlarına görə əvəzedici heyətə göndərilmişdilər.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR