son dəqiqə SON DƏQİQƏ
Eldəniz Əzizli və Sənan Süleymanov Dünya Çempionatının finalında ● Millimiz qələbə ilə start verdi ● "Turan Tovuz" azlıqda qalan "Neftçi" ilə heç-heçə etdi ● Qran-Pri turniri: Cüdoçularımız yarışa 3 medalla start veriblər ● " 10 aydır onun üzərində işləyirəm, görünür, pis işləmişəm" ● "Rəqib azlıqda olanda da matçda üstün tərəf biz idik" - Berdiyev ● "Şəfa" "Kəpəz"ə uduzdu, "Neftçi" - "Turan Tovuz" matçında "sülh" ● Super Liqada 1-ci tur: "Neftçi" "Xilasedici"yə uduzdu ● "Kəpəz"dən əzmkar qələbə ● "Hələ çatışmayan cəhətlərimiz var" ● Zaur Həşimovdan məğlubiyyət şərhi: "Bunu üzərimizdən ata bilmirik" ● Avropa Kuboku: "Kür" komandası turnirlə vidalaşıb ● Millimiz bu dəfə də məğlub oldu ● "Neftçi" - "Turan Tovuz": ● NTD "Ordu"ya uduzub ● Azərbaycan klubu iki məşqçi ilə müqaviləyə qarşılıqlı xitam verib ● "Şəfa" - "Kəpəz": ● Günün oyunları: ● "Sabah"ın legioner futbolçusu Almaniya klubuna yollana bilər ● Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazandı ● "Ötürmə" verilişi: Samir Abasov öz səhvlərinin cəzasını çəkir ● Avropa Çempionatı: Daha 2 veteran cüdoçumuz gümüş medal qazanıb ● Güləş üzrə Dünya Çempionatı: 4 təmsilçimiz mübarizəyə başlayır ● FİFA U-15 Dünya Çempionatı: Bu gün açılış mərasimi keçiriləcək ● Samir Abasovun dərdi nədir? ● Azərbaycan Basketbol Liqası: "Sabah" "Naxçıvan"a uduzub ● "Sumqayıt" Zirə səfərindən əliboş dönür: ● "Komanda olduqca baxımlı və mobil futbol oynayır" ●

"Nərimanın və Toralın hörmətsizlik etdiyini düşünmürəm" - Qurban Qurbanov

Bölmə adı Premyer Liqa
Yayımlandı 28-03-2025, 22:27

Misli Premyer Liqasının 28-ci turunda "Turan Tovuz" "Qarabağ"ı 4:1 hesabı ilə məğlub etdi.

Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların çalışdırıcısı Qurban Qurbanov mətbuat konfransında iştirak etdi.

Mütəxəssis oyun haqda fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırdı:

"Futbolçularımı təbrik edirəm. Bizim üçün ən gərgin, ağır oyunlardan biri idi. Matça tam yaxşı hazırlaşa bilməmişdik. 12 futbolçumuz milli komandalarda idi. Kevin Medina bizimlə cəmi iki məşq etmişdi. Çox vacib qələbə qazandıq. İlk hissədə istədiyimiz kimi oynaya bilmədik. Burada oynamaq çox xoş idi. Son tsiklə yaxşı başladıq".

- Oyunun keyfiyyəti sizi qane edirdi?
- Hələ yox. Ona çatmağa çox illər lazımdır. Siz qrafikdə oynayan komandalar üçün heç də asan deyil. Bundan sonra özümüzə gələ bilərik. Ümumən futbolçularımdan razı qaldım.

- Bu gün "Turan Tovuz"un bazasının açılışında iştirak etməməyinizin səbəbi nə idi?
- Oyuna hazırlaşırdıq. Açılışda iştirak etməyim, komandanı qoyub getməyim uyğun olmazdı. Çox da önəmli deyildi. Ona görə də bu addımı atdıq. Amma əvvəldən təklif olmuşdu.

- Qapı mövqeyində tez-tez rotasiyalar edirsiniz. Bu, onların performansına mənfi təsir edir?
- Yaxşılığa doğru gedir. Gərək hər qapıçıya şərait yaradaq. Ən uyğun bu mövqeni çox da dəyişməməkdir. Amma onlara şans yaradırıq ki, hər zaman hazır olsunlar. Çünki gözləmədiyimiz şeylər ola bilər.

- Hakimliyin səviyyəsi oyuna uyğun idi?
- Bəzi epizodlarda narazılığım oldu. Ümumən hakim tempin düşməməsinə şərait yaradırdı.

- Fabian Buntiçə şans vermirsiz. Onunla yollar ayrılacaq?
- Qapıçı elə mövqedir ki, hər oyunçuya şans vermək olmur. Limitə görə bəzən Şahruddini oynadırıq. Qarşıdakı matçlarda Buntiçə də şans verəcəyik.

- Milli komandanın oyunlarından sonra Nəriman Axundzadənin azarkeşlərlə, Toral Bayramovun isə jurnalistlərlə problemi oldu. Elvin Cəfərquliyev də qırmızı vərəqə aldığı üçün tənqid olundu. Sizin buna münasibətiniz necədir?
- İstəmərəm belə hallar olsun. Futbolçularıma hər zaman bildirmişəm ki, milli komandada intizamlı olsunlar. Orada Nərimanın, Toralın hörmətsizlik etmək fikirləri olmayıb. Onların meydanda intizamsızlığı olmayıb. Bəzən qarşıdakı şəxsin danışıq tərzi insanın səs tonunun qalxmasına səbəb olur.

- Nəriman Axundzadənin adı "Molde" ilə hallanırdı. Kluba təklif gəlmişdi?
- Kluba real təklif gəlmişdi. Sadəcə klublar arasında anlaşma olmadı. Norveçdə transfer pəncərəsi ayın 27-si bitirdi. 2-3 gün ərzində qərar vermək bizim üçün asan deyildi.

- Elvin Cəfərquliyev millidə yenə qırmızı vərəqə aldı. Onun problemi nədir?
- Nə siz bilirsiz, nə mən bilirəm. İstəməyərək alınan vərəqələrdir. Amma həmişə bunlar bir oyunçunun başına gəlirsə, deməli nəsə problem var. Daha diqqətli olmalıdır.

- Müqaviləsi başa çatan futbolçularla danışıqlara başlamısız?
- Yox, hələ qarşıda bir neçə ay var. Dəyişikliklər etmək istəyirik. Çox diqqətli olmalıyıq. İşimizi davam etdiririk. Mayın sonlarına yaxın qərarlar verəcəyik.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR