son dəqiqə SON DƏQİQƏ
“Sevilya” gürcü futbolçunu transfer etdi İspan mütəxəssis “Sabahın Ulduzları”ndan danışıb Joao Pedro “Çelsi” ilə müqaviləsini uzatdı Millinin gənc üzvü ilə bağlı qərar verildi Murov Az Terminal” yeni hücumçu transfer etdi Avropa Çempionatı: Bu gün Bakıda C qrupunun daha 2 matçı keçiriləcək Belarus millisi ev oyunlarını Azərbaycanda keçirəcək? - Qurban Qurbanov bu göstərici üzrə dünya futbolunda U-20 Dünya Çempionatı: Daha altı güləşçimiz xalça üzərinə çıxacaq Toralın komandası məğlub olub "Ərzurumspor" evdə son çempiona uduzub, Nəriman Axundzadə isə... Millinin kapitanı: "Çox səhvlər etdik, boynumuza alırıq" Günün oyunları: MPL: "Şəfa" Qəbələ səfərində, "Zirə" "İmişli"ni qəbul edəcək - Premyer Liqa klublarının yay transferləri İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb “Əl-Hilal”dan ayrıldı “Barselona”dan “Braqa”ya Premyer Liqa klubundan 30 milyonluq transfer Avropa Çempionatına qələbə ilə start FİFA-dan Argentina millisinin futbolçularına ağır cəza Güləşçilərimiz dünya ikincisi oldular Millimiz Andorra ilə qarşılaşacaq Qadın voleybolçular arasında Avropa Çempionatının açılış mərasimi keçirilib İngiltərə millisinin üzvü “Arsenal”da Boksçularımız Avropa çempionatını 2 medalla başa vurub Millimiz 6 yığma ilə birgə toplanış keçir Livakoviç “Barselona”ya keçir?

"Bude-Qlimt", "Yurqorden" bacarır, "Qarabağ" yox? - AÇIQLAMA

Bölmə adı Azərbaycan / Manşet
Yayımlandı 25-04-2025, 09:12

Bu mövsüm “Qarabağ”a rəqib olmuş “Bude-Qlimt” Avropa Liqasında, Musa Qurbanlının sabiq komandası “Yurqorden” isə Konfrans Liqasında yarımfinala yüksəldilər.

Bir çoxları düşünür ki, bu kollektivlər Ağdam təmsilçisindən güclü deyillər. Bəs, Skandinav klublarının uğurunu “köhlən atlılar” niyə həyata keçirə bilmir? Avrokuboklar yeni tarix yazmaq üçün daha nə qədər gözləməliyik?

Suallarımızı Vaqif Sadıqova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Bude-Qlimt” və “Yurqorden” heç də “Qarabağ”dan üstün klublar deyillər. Onlar bu avrokubokların yeni reqlamentini tez mənimsədilər. Norveçlilər ilə isveçlilər daha çox güc futboluna və nəticəni qorumağa əsaslan oyun sərgiləyirlər. Ağdam təmsilçisi isə kreativ oyun ilə uğurlar qazanmağa fokuslanıb. “Köhlən atlılar"ın həmin klublardan əsas fərqi budur. Hətta ağdamlılar məğlub olduqları qarşılaşmalarda belə rəqiblərində oyun planında üstün idilər. Şəxsən "Qarabağ"ın bu cür oyun tərzi ilə uğur qazanmalarını dəstəkləyirəm. Gəlin, səbirli və nikbin olaq. Əminəm ki, yaxın illərdə “Qarabağ” bizə avrokuboklarda yeni zəfərlər bəxş edəcək. Onları ən azı yarımfinalda görəcəyik”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR