13:45 17.09.2025 654

Qurban Qurbanovun “hilal taktikası”, “Qarabağ”ın Lissabon fəthi - YAZI

Matçın başladığı andan rəqib hesabı açana qədər olan müddətdə komandamız meydanda rahat görünürdü.

Ağdamlılar Portuqaliya nəhənginə diş göstərməyə çalışırdı. Görüşün 6-cı dəqiqəsində canımıza qorxu düşdü. “Benfika” künc zərbəsindən hesabı açdı. Erkən qol vurulmuşdu. Bir anlıq “Çelsi” faciəsini xatırladıq.

“Qarabağ” birinci qoldan sonra toparlanmağa çalışırdı. Lakin komandanın üzvləri müdafiədə yersiz səhvlər edirdilər. Bunun nəticəsində 16-cı dəqiqədə hesab 2:0 oldu.

Çox boşluqlar verirdik və rəqibin bizi böyük hesabla məğlub edəcəyini düşünürdük. Amma “Qarabağ” bizi yanıltdı. İlk hissənin sonlarına doğru komandamız özünə gəldi. Artıq qol imkanları da yaradırdıq. Nəhayət 30-cu dəqiqədə istəyimizə çatdıq. Zubirin qazandığı cərimə zərbəsindən sonra Leandro Andrade Camilo Durandan qayıdan topu var gücü ilə qapıya göndərdi.

Möhtəşəm anlar idi. 25 yaşlı futbolçu matçdan öncə mediaya açıqlamasında qol vuracağını hiss etdiyini demişdi. Leo sözünün üstündə durdu.

Bu qol komandamızı daha da ruhlandırdı. Hissənin sonlarına doğru təmsilçimiz qol imkanları yaratsa da, bəxti gətirmədi. Kadinin zərbəsi dirəyə dəydi, qayıdan topu da Yankoviç qola çevirə bilmədi.

İlk hissə meydan sahiblərinin üstünlüyü ilə başa çatdı. Qurban Qurbanov öz futbolçularını oyuna yaxşı hazırlamışdı. Meydanda təcrübəli, mərd görünürdülər. Qorxaq futbol oynamırdılar.

İkinci hissəyə ağdamlılar fəal başladılar. Lissabonda şok hadisələr baş verirdi. “Köhlən atlar” “Benfika” üzərində hökmranlıq edirdi. 49-cu dəqiqədə Marko Yankoviçin möhtəşəm ara ötürməsini Camilo Duran qola çevirdi. İnanmaq çətin idi. “Qarabağ” geridönüş etmişdi.

Bu qol “Benfika”nı daha da qəzəbləndirdi. Hücumların kəsərini artırdılar. Lakin “Qarabağ”ın müdafiəçiləri meydanın hər qarşı uğrunda mübarizə aparırdılar. Onlar öz mövqelərində qüsursuz idilər. Bəhlul ilk hissədə etdiyi səhvlərdən nəticə çıxarmış kimi görünürdü. “Benfika” təzyiqi artırsa da, qol vura bilmirdi. Mateuş Silva həm müdafiəyə, həm də hücuma yaxşı dəstək verirdi. Elvin hücumlarda iştirak etsə də, mövqeyində boşluqlar buraxırdı. Hücumlardan birində Kadinin cərimə meydanına doğru asmasını Bəhlul başla tora göndərsə də, oyundan kənar vəziyyət olduğu üçün qol qeydə alınmadı.

Komandamız tiki-taka nümayiş etdirərək rəqibi yormağa çalışırdı. Portuqaliyalılar aqressivləşirdi. “Benfika”nın müdafiəçisi Nikolas Otamendi Yankoviçə sərt müdaxilə edərək onu zədələyir. Bu epizodda hakim argentinalıya vərəqə göstərmədi. Heç qayda pozuntusunu belə qeydə almadı. Komandanın ən yaxşı isə zədələnmişdi.

Vəziyyət çıxılmaz idi. Qurban Qurbanov Yankonu Kaşuk, Elvini Toralla əvəzlədi. Daha öncə meydana daxil olan Addai sol cinahda şou göstərirdi. Əvəzləmələr işə yaramışdı. “Qarabağ” istəyinə 86-cı dəqiqədə çatdı. Kaşuk lissabonluları məyus etmişdi.

Qoldan sonra “Benfika” azarkeşləri ağ bayraq qaldırdılar. Portuqaliya təmsilçisi məğlub olurdu. Bunu Azərbaycan klubu bacarırdı. Heç kimin inanmadığı, darmadağın olacağı düşünülən komanda tarix yazdı.

Oyunda “futbol müharibəsi”ni izlədik. İlk dəqiqələrdən geri çəkilən “Qarabağ” 2 qol buraxaraq məğlub duruma düşdü. Lakin bu, taktiki gediş idi. Bu, “hilal taktikası” idi. Qurban Qurbanov komandası Lissabonda “at oynadaraq” möhtəşəm qələbə qazandı. “Qarabağ” Azərbaycan futbolu tarixinə növbəti dəfə adını qızıl hərflərlə yazdırdı.

MİKAYIL HACIYEV
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

12:02

Bölgə klubundan transfer

11:38

"Qarabağ"ın rəqibi qalib gəldi

11:19

DÇ-2026: İkinci tura start verilir

11:01

Sarayevoda altı medal

10:49

"Real"ın transferdən qazancı

10:28

“Qarabağ”ı yox, “Omoniya”nı seçir

10:01

Kevin Medina: "Həyatımda iz qoyan bir klubla vidalaşıram"

09:38

Fransa klubunun baş məşqçisi vəfat etdi

09:15

DÇ-2026: Kolumbiya qələbə ilə başladı

09:00

DÇ-2026: Roderik Miller ehtiyatda qaldı, Qana qalib gəldi

00:36

Portuqaliya - Konqo matçının ən yaxşısı bəlli oldu

23:56

"Neftçi" klubu Orlean mərhələsinin çempionu olub

23:33

Meksika millisinin üzvü karyerasını sonlandıracaq

22:58

DÇ-2026: Portuqaliya Konqo ilə bacarmadı

22:28

Dünya kuboku: Beş boksçumuz 1/4, biri 1/2 finalda

21:54

“Səbail”də yeni təyinat - RƏSMİ

21:33

“Feyenoord”un yeni baş məşqçisi bəlli oldu

20:55

Vernidubun “Neftçi”si “Dinamo” səddini rahatlıqla aşa bilər - YAZI

20:47

I Liqa klubu heyətini yeni oyunçu ilə gücləndirib

20:44

“Qarabağ”dan növbəti transfer - RƏSMİ

19:30

Karateçilərimiz Avropa çempionatından beş medalla qayıdıblar

19:11

Boksçularımız Olimpiya ümidləri turnirinə yollanıblar

18:44

Qaxda cüdo üzrə region birinciliyi keçiriləcək

18:11

“Şəfa” onunla bağlı qərarını verdi - RƏSMİ

18:00

"Qalatasaray"ın sabiq futbolçusu Türkiyəyə qayıda bilər

17:40

Milli üzvü bölgə klubunda

17:17

"Sabah" və "Qarabağ" I mərhələdə uduzsa...

16:50

Saxta futbol forması müsadirə olundu

16:32

Konfrans Liqası: "Zirə"nin növbəti rəqibi bəlli oldu

16:22

"Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibinə rəqib oldu

15:49

İspaniya klubunun futbolçusu vəfat etdi

15:36

Medina "Qarabağ"dan getdi - RƏSMİ

15:10

“Qarabağ”ın potensial rəqibləri bilindi

14:52

Yeddi atletimiz Balkan çempionatında

14:29

17 cüdoçumuz "Böyük Dəbilqə"də

14:11

"Sabah"ın potensial rəqibləri bəlli oldu

13:49

Bernardo Silva rəsmən “Real”da

13:30

Neymar 5-ci dəfə ata oldu

13:03

Kapitan Messi haqqında: "Onu bağlamağa çalışdıq, amma bacarmadıq"

12:51

Portuqaliyalı futbolçu ilk oyunu buraxacaq

12:28

"Atletiko" İngiltərə klubu ilə razılığa gəldi

12:02

DÇ-2026: Günün oyunları

11:48

Təmsilçimizdən gümüş medal

11:33

Millimizin futbolçusu Rumıniya klubunda - RƏSMİ

11:11

PSJ-dən "Mançester Siti"yə

10:58

"Qarabağ" üçün növbəti püşk

10:35

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

10:23

"Sabah"ın növbəti rəqibi hansı komanda olacaq?

10:09

DÇ-2026: Avstriyadan inamlı qələbə

09:55

Messidən növbəti rekord

09:38

UEFA Konfrans Liqası: “Neftçi”nin rəqibi bu gün bəlli olacaq

09:04

Messinin het-triki Argentinaya qələbə qazandırdı

08:30

Norveçdən darmadağın

03:00

Fransa dünya çempionatında Seneqalı məğlub edib

23:58

“Milan”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

23:35

“Şamaxı”dan ayrıldı - I LİQA KLUBUNA KEÇDİ

22:57

Paraatletimiz Beynəlxalq Qran-Prinin gümüş medalını qazanıb

22:24

"Zirə"nin də bəxti gətirdi - YAZI

21:39

3 boksçumuz Dünya Kubokunda mərhələ adlayıb

21:06

İslandiya Futbol Federasiyasının uğurlu layihəsi olan "Qarabağ"ın rəqibi - YAZI

20:45

Qurban Qurbanov: “Yaxşı hazırlıq keçməliyik”

20:17

“Zirə” Konfrans Liqasında Gürcüstan klubu ilə üz-üzə gələcək

20:05

"Sabah" bu rəqibi keçməlidir - YAZI

19:57

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək

19:48

“Qarabağ” bu futbolçunun transferini rəsmən açıqladı

19:14

AL: “Qarabağ”ın rəqibi müəyyənləşdi

18:46

“Şəfa” onlarla bağlı qərarını verdi - RƏSMİ

18:12

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi BƏLLİ OLDU

18:00

68 ildən sonra ilk dəfə

17:30

Dünya çempionatından sonra "Liverpul"a qayıdacaq