son dəqiqə SON DƏQİQƏ

Qurban Qurbanovun adı stadiona verilir? - Tahir Gözəl AÇIQLADI

Bölmə adı Azərbaycan / Premyer Liqa
Yayımlandı 6-11-2025, 02:10

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən “Qarabağ” – “Çelsi” oyunundan (2:2) sonra Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl baş məşqçi Qurban Qurbanov haqqında diqqətçəkən açıqlama verib.

Sport1.az xəbər verir ki, klub rəhbəri Qurban Qurbanovun Azərbaycan futbolundakı xidmətlərini yüksək qiymətləndirərək, onun adının stadionda əbədiləşdirilməsi ideyasına müsbət yanaşdığını bildirib:

“Qurban Qurbanov tarixi bir şəxsiyyətdir. Azərbaycan futbolu tarixində heç vaxt adı silinməyəcək böyük bir şəxsiyyətdir. “Azersun Arena”nın adının dəyişdirilərək Qurban Qurbanovun adının verilməsinə dəstək olaram”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR