15:56 4.08.2025 337

Faydalı iş əmsalı aşağı olan "Zirə" - TƏHLİL

Azərbaycan klubları üçün avrokubokların ikinci təsnifat mərhələsini qənəatbəxş hesab etmək olar. 4 təmsilçidən 3-ü – “Qarabağ”, “Sabah” və “Araz-Naxçıvan” növbəti mərhələyə adladı, yalnız “Zirə” mübarizəni dayandırdı.

“Köhlən atlar” gözlənildiyi kimi İrlandiyanın “Şelburn” klubunu Çempionlar Liqasından kənarlaşdırdı. Hər iki oyunda rəqibindən aşkar üstün olan Qurban Qurbanovun komandası səfərdəki 3:0-lıq qələbədən sonra evdə də 1:0 hesabı ilə qalib gəldi.

Düşünürəm ki, "Qarabağ"ın hələ də güclənməyə ehtiyacı var. Ağdam təmsilçisi əlinə düşən epizodları sağa-sola xərcləyirdi. Rəqib "Şelburn" deyil, daha güclü kollektiv olsaydı, Qurbanovun komandası belə rahat qələbə qazana bilməyəcəkdi. Bəlkə də, heç qələbə qazana bilməyəcəkdi. "Qarabağ"ın dosta qorxu, düşmənə güvən verən hücum xətti ilə Çempionlar Liqasında nələrsə etmə ehtimalı demək olar ki, 0-a yaxındır. Növbəti rəqib isə "Şkendiya"dır. "Köhlən atlar" favorit tərəfdir. Amma futbolda hər an hər şey ola bilər.

“Sabah” iki görüşdə “Petrokub”dan üstün oyun sərgilədi. Səfərdəki 2:0-lıq rahat qələbədən sonra evdə 4:1 kimi əminlik yaradan nəticə göstərildi. Valdas Dambrauskasın rəhbərliyi altında komanda həm sistemli, həm də ideyalı futbol nümayiş etdirir. Matçda vaxt getdikcə “Sabah”ın üstünlüyü daha çox üzə çıxırdı. Moldova təmsilçisinə qarşı bu, aydın hiss olundu.

Növbəti mərhələdə “Sabah”ı “Levski” (Bolqarıstan) gözləyir. Əvvəlki mərhələdəki performansını davam etdirə bilsə, bu rəqibi də keçmək mümkündür.

Turnirin sürpriz komandası “Araz-Naxçıvan” oldu. Yunanıstanın təcrübəli klubu “Aris”ə qarşı matçlarda Elmar Baxşıyevin komandası həm xarakter, həm də taktiki intizamla seçildi. İlk oyunda 2:1 hesabı ilə qalib gələn təmsilçimiz səfərdə 2:2-lik nəticə ilə mərhələ keçdi. Oyunun sonlarında təzyiqə məruz qalsalar da, soyuqqanlıqlarını qorumağı bacardılar.

Bu nəticə sıradan bir uğur deyil. “Aris” kimi Avropa səviyyəsində keyfiyyətli heyətə malik klubu keçmək, heç də asan iş deyil.

Növbəti mərhələdə isə onları “Omoniya” gözləyir. Kiprin köklü klublarından sayılır. Bir neçə dəfə ölkəmizə gəlib. "Qarabağ"a məğlub olsa da, qəsəbə təmsilçisi "Zirə"dən üstün ola bilib. Azərbaycan təmsilçilərinə qarşı növbəti sınağı “Araz-Naxçıvan"a qarşı olacaq. Bu cütdə isə düşünürəm şanslar bərabərdir.

Təəssüf ki, uğurlu tabloya “Zirə” istisna təşkil etdi. İlk oyunda evdə “Hayduk”la 1:1 hesablı heç-heçə edən komanda səfərdə əlavə vaxtda 1:2 hesabı ilə məğlub oldu və mübarizəni dayandırdı.

Problem təkcə nəticədə deyil, ümumi oyun modelində idi. Rəşad Sadıqovun komandası topa sahib olmada üstün olsa da, faydalı iş əmsalı aşağı idi. "Zirə"nin oyunu parçalanmış və plansız təsir bağışlayırdı. Xorvatiya təmsilçisi həm meydanda, həm də tribunada Sadıqovun komandasından üstün oldu.

NİHAT KƏRİMLİ
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

01:05

DÇ-2026: Ev sahibi açılış matçını qalib başa vurdu

23:58

DÇ-2026: Argentina millisinin heyətində dəyişiklik

23:27

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

22:57

“Benfika”nın hücumçusu Türkiyə yolunda

22:24

Mourinyo yenidən “Real”da - RƏSMİ

21:47

DÇ-2026: Açılış mərasimi başlayıb

21:37

Millimizin üzvü dünya reytinqinin zirvəsində

20:58

Premyer Liqaya yüksəldi - LOQOSUNU DƏYİŞDİ

20:38

I Liqa klubunda yeni müqavilə

20:23

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

19:58

Millilərimizin rəqibləri bəlli oldu

19:27

“Lill”in futbolçusu “Sabah”da - RƏSMİ

19:04

“Sabah”dan “Zirə”yə - RƏSMİ

18:54

“Şamaxı”dan növbəti transfer - RƏSMİ

18:15

Daha bir klub avrokubok oyunlarını Sumqayıtda keçirəcək - ÖZƏL

18:00

Bundesliqa təmsilçisindən transfer

17:32

İran mundial oyunlarını boykot edə bilər

17:31

"Qarabağ"da İdarə Heyətinin iclası keçirildi

17:07

Premyer Liqaya yüksələn klub baş məşqçini göndərdi

16:48

Ölkə çempionatı keçiriləcək

16:29

"Mançester Siti" sabiq futbolçusunu istəyir

16:12

"Karvan-Yevlax"da daha iki ayrılıq

16:06

Premyer Liqa klubu cərimələndi

15:45

"Beşiktaş"dan 9 milyonluq təklif

15:23

Klub tarixinin ən bahalı transferi

15:05

"Sabah"ın futbolçusu əməliyyat olundu

15:01

Millimiz FIFA reytinqində gerilədi

14:34

Mundialın tarixinə düşməyə hazırlaşırlar

14:04

PSJ ulduz futbolçunu heyətinə qatmağa çalışır

13:50

Elitaya yüksələn klub alban məşqçi gətirdi

13:30

Klub sahibinə sərt cəza

13:05

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

12:38

70 milyon avroluq tələb

12:19

Rusiya klubu "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

12:02

Beynəlxalq transfer qaydalarında dəyişiklik

11:47

Mbappe tənqid hədəfinə çevrildi

11:30

Kasilyas sabiq klubunu məhkəməyə verdi

11:11

Tevesi Sampaoli əvəzlədi

10:49

"Zirə"də beş müqavilə

10:30

Baş məşqçi ilə yeni müqavilə

10:10

"Real"ın sabiq baş məşqçisi hansı klubla danışıq aparır?

09:50

FİFA-ya qarşı araşdırma

09:29

18 yaşlı hücumçu "Barselona"da

09:01

Dünya çempionatı start götürür

00:47

Sabiq “Fənərbaxça”lı “Şaxtyor”da

23:53

Kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib

23:24

“Şamaxı”dan növbəti transfer

22:56

Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib

22:40

Lənkəranda güləş festivalı baş tutub

21:57

Batut gimnastikası və tamblinq üzrə ölkə çempionatı keçirilib

21:21

“Yunayted”də kütləvi ayrılıq - RƏSMİ

20:58

“Tottenhem”dən yeni transfer

20:36

Yelkən komandamız Optimist Dünya Çempionatında iştirak edəcək

20:20

Karateçilərimizdən Avropa çempionatında 8 medal

19:53

8 şahmatçımız Dünya Kubokunda çıxış edəcək

19:22

“Turan Tovuz”da ayrılıq - RƏSMİ

18:57

“Benfika”nın yeni baş məşqçisi açıqlanıb

18:25

DÇ-2026: Avstraliya - Türkiyə matçının hakimi bəlli oldu

18:00

Məşhur qapıçı ilə yeni müqavilə

17:30

London klubunda ayrılıq

17:09

"Şəfa"da daha üç futbolçu ilə vidalaşdı

17:07

Şahmatçılarımız Dünya Kubokunda

16:49

Baş məşqçi postuna yeni namizəd

16:20

Bölgə klubu daha bir legioneri göndərdi

16:06

Kapitan növbəti oyunlar üçün söz verdi

15:47

Türkiyə millisində zədəli futbolçuların durumu

15:28

Federasiyadan yeni layihə

15:05

200 milyonluq təkliflər nəzərdən keçiriləcək

14:44

Mundialla bağlı 117 min nəfər təlimə cəlb olundu

14:23

Millimiz hansı səbətdə yer alacaq?