son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib

"Qarabağ"ın Çempionlar Liqası ilə bağlı xüsusi planı baş tutmaya bilər - ÖZƏL

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 21-08-2025, 19:18

Çempionlar Liqasının pley-offunun ilk matçında "Ferentsvaroş"u səfərdə 3:1 hesabı ilə məğlub edən "Qarabağ" indidən liqa mərhələsinin hazırlıqlarına başlayıb.

Sport1.az-a klubdan daxil olan məlumata görə, "köhlən atlar" Avropanın əsas turnirindəki ev oyunlarını Bakı Olimpiya stadionunda keçirmək istəyir.

Artıq bunun üçün danışıqlar başlayıb. Lakin Ağdam təmsilçisinin arzusu həyata keçməyə bilər. Çünki bir müddət öncə BOS-da Castin Timberleykin konserti keçirildi. Bu səbəbdən də arenanın ot örtüyü hazırda yararsız vəziyyətdədir.

Çempionlar Liqasının liqa mərhələsinin ilk oyunları sentyabrın 16-17-də keçiriləcək. Bu vaxta kimi ot örtüyünün hazır vəziyyətə gətirilməsi çox çətin görsənir. BOS-da COP 29 tədbirinin, Castin Timberleykin konsertinin baş tutması arenada oyunun keçirilməsini mümkünsüz edir. Bu səbəbdən də DÇ-nin seçmə mərhələsinin Azərbaycan - Fransa görüşü də adı çəkilən məkanda baş tutmayacaq.

"Köhlən atlar"ın ÇL-dəki görüşlərini BOS-da keçirmək istəməsinin səbəbi də bəlli olub. Ağdam təmsilçisi bilet satışından daha çox gəlir əldə etmək niyyətindədir. Amma BOS rəhbərliyinin arena ilə bağlı çatışmazlıqları vaxtında aradan qaldırmaması "köhlən atlar"ın işini çətinə salır. Təbii ki, ağdamlıların Avropanın əsas turnirindəki oyunlarını ölkənin ən böyük arenasında keçirtmək istəməsi normal haldır. Amma stadion buna hazır deyil. Belə olan məqamda itirən "köhlən atlar" olacaq. Təki, hər şey təmsilçimizin xeyrinə olsun...

İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR