10:23 22.04.2026 16

Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi

AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən 3, 4 və 5-ci kateqoriyalı, həmçinin xanım hakimlər üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.


Sport1.az xəbər verir ki, sessiyadan əvvəl iştirakçı hakimlərin mövzu üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə testlər keçirilib. Nəticələr göstərdi ki, hakimlərin əksəriyyəti bu sahədə vəzifə və öhdəliklərini yaxşı başa düşürlər.


Sessiya zamanı Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri, eyni zamanda UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Naib Əsədov və şöbənin aparıcı mütəxəssisi Murad Məmmədli hakimlərə danışılmış oyun anlayışı, oyun zamanı verilən adi hakim qərarları ilə qəsdən manipulyasiya edilmiş qərarlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat veriblər.


Təlimçilər hakimlərin oyun prosesində oynadığı həlledici rol və bu rolun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə geniş çıxış ediblər. Bildirilib ki, danışılmış oyunlar kontekstində hakim qərarları ən həssas məqamlardan biri hesab olunur və bu səbəbdən hakimlərin peşəkar davranışı daim yüksək nəzarət və məsuliyyət tələb edir.


Sessiya çərçivəsində hakimlərin yalnız oyunu idarə edən tərəf deyil, eyni zamanda futbolun ədalət və dürüstlük prinsiplərinin əsas təminatçısı olduğu vurğulanıb. Bildirilib ki, obyektivlik, prinsipiallıq, qərəzsizlik və yüksək peşə etikası hakim fəaliyyətinin ayrılmaz hissəsidir və bu prinsiplərin qorunması futbolun etibarlılığı üçün həlledici əhəmiyyət daşıyır. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və hakimlərə mümkün təsir üsulları təqdimat vasitəsilə izah olunub.


Eyni zamanda, hakimlərin etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, bu cür halların vaxtında və düzgün şəkildə raport edilməsi zərurəti, eləcə də məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə olunub. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və hakimlərin ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.


Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri hakimlərin diqqətinə çatdırılıb, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu vurğulanıb, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib.


Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və hakimlərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin daha da artırılmasıdır.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

12:23

Axundzadə oynamadı, komandası qalib gəldi

11:41

Xetaq Qazyumov ilin məşqçisi seçilib

10:56

Asiya Çempionlar Liqasının qalibi bəlli olub

10:20

Üç boksçumuz Dünya Kubokunun finalında

09:55

II Liqa: XXIV tura start verilir - YENİLƏNİR

09:22

Premyer Liqa: “Neftçi” “Qarabağ”a qarşı - YENİLƏNİR

00:34

AFFA Dünya Çempionatında iştirak edəcək millinin məşqçisinə bu qədər pul ödəyir - ÖZƏL

00:07

Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

23:36

Naxçıvanda cüdo üzrə region birinciliyi keçirilib

22:47

4 güləşçimiz Avropa Çempionatının finalında

22:27

İslam Avropa çempionu oldu, Cəbrayıl bürünc medal qazandı

21:54

Sumqayıtda idman gimnastikası üzrə ölkə birinciliyi keçirilib

21:33

Kaxaber Tsxadadze: “Olduğumuz yerə layiq deyilik”

20:49

Andrey Demçenko: “Texniki cəhətdən çatışmazlıqlar var”

20:35

“Neftçi” - “Qarabağ” matçının hakimləri müəyyənləşdi

20:21

“Sumqayıt”dan inamlı qələbə, “Qəbələ”dən heç-heçə - YENİLƏNİB

19:55

İdmançımız Daşkənddə beynəlxalq yarışda iştirak edib

19:29

Jorj Kaşkilya: “Hakimlərdən narazıyam”

19:12

Saşa İliç: “Belə hal təkrarlansa…”

18:35

ABL: İlk finalçı müəyyənləşib

17:24

“Barselona” 18 yaşlı vingerlə maraqlanır

17:08

24 yaşlı hücumçu İtaliya nəhənginin radarındadır

16:43

"Mançester Siti" Mərakeş millisinin üzvünə "elçi" düşüb

16:17

"Neftçi" və "Qarabağ" birgə bəyənat yaydılar

16:05

Trafford "Mançester Yunayted"ə keçməkdən imtina etdi

15:40

"Sabah" əsas heyət üzvü ilə bağlı yekun qərarını verdi - Təzminat ödəniləcək

15:22

Türkiyə klubu Levandovski üçün təklif göndərməyə hazırlaşır

15:04

"İmişli" - "Sumqayıt": Heyətlər

14:48

İstanbul derbisini Avropa nəhəngləri izləyəcək

14:37

"Qalatasaray" Fransa millisinin üzvünü heyətinə qatmaq istəyir

14:25

Millinin baş məşqçisi: “Hədəfimiz hamını qürurlandıracaq komanda formalaşdırmaqdır”

13:46

"Real" argentinalı vingeri icarəyə verəcək

13:07

Millimizin Dünya Çempionatı üçün planı bəlli oldu - Sərxan Hacıyev AÇIQLADI

13:05

Elvin Cəfərquliyevin şəxsi həyatı, yoxsa futbolu? - YAZI

12:40

"Neftçi" - "Qarabağ" matçına bu qədər bilet satılıb

12:27

Azərbaycanın 4 boksçusu Dünya Kubokunda yarımfinala yüksəldi

11:55

Bu futbolçu İtaliya klubunu tərk edə bilər

11:21

34 yaşlı hücumçu daha 2 il Almaniya klubunda qalacaq

11:09

Argentina millisinin üzvü "Tottenhem"lə anlaşdı

10:46

La Liqada ayın ən yaxşı məşqçisi açıqlandı

10:23

Ranyeri "Roma"dan ayrıldı

10:09

"Barselona" mənimlə görüşmək istəsə, məmnuniyyətlə gedərdim"

09:42

Kenan Yıldız "Milan"a qarşı oynayacaq?

09:29

"Tottenhem" psixoloq axtarır

00:58

Braziliya millisinin üzvü “Atletiko”nun hədəfində

23:57

“Trabzonspor” Onananın əvəzedicisini tapdı

23:43

Jalə Əliyeva: “Məqsədim çempion olmaq idi”

22:56

Jalə Əliyeva yenidən Avropa üçüncüsü oldu

22:30

Güləşçimiz Avropa Çempionatının finalında

21:53

“Roma”da Ranyeri dövrü BAŞA ÇATDI

21:26

Yamal La Liqada ən yaxşı adına layiq görüldü

20:51

“Sabah” Zaqatalada oyunçu seçimləri edəcək

20:16

Goranboyda qərb bölgəsindən olan məşqçilər üçün seminar və imtahan keçirilib

19:13

Batut gimnastikası və tamblinq üzrə ölkə çempionatı keçiriləcək

18:56

Argentinalı mütəxəssis La Liqada ən yaxşısı seçildi

18:39

“Benfika”nın futbolçusu UEFA tərəfindən 6 oyunluq cəzalandırılıb

18:26

Cüdo üzrə Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçiriləcək

17:56

Şəkidə UEFA kursu

17:35

Xosep Qvardiola İtaliya millisinin baş məşqçisi ola bilər

17:23

Nigeriya millisinin və “Beşiktaş”ın sabiq futbolçusu vəfat edib

16:55

AFFA-dan futbolun “beyin mərkəzinə” yol

16:30

Misli Premyer Liqası: XXXI turun oyun cədvəli açıqlandı

16:12

II Liqada XXIV turun təyinatları açıqlandı

15:48

Noyer "Bavariya"da qalacaq

15:06

"Beşiktaş" İtaliya klubuna 15 milyon avroluq təklif göndərdi

14:37

Azərbaycan Kubokunun finalında ev sahibi olacaq komanda müəyyənləşdi

14:17

Premyer Liqa: 29-cu turun iki görüşünün təyinatları açıqlandı

14:11

AFFA rəsmisi UEFA-nın iclasında

13:44

Elitaya hazırlaşan klubda maliyyə sıxıntısı

13:23

Ardadan sonra o da mövsümü bitirdi