
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, braziliyalı müdafiəçi Junior Erivaldo Almeyda bundan sonra "bayquşlar"ın uğurları üçün çalışacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. Almeyda Portuqaliyanın "Maritimu" klubundan transfer edilib.
Mərkəz müdafiəçisi karyerası ərzində Braziliyanın "Novorizontino" (2020-2023), "Katanduva" (2021), "Votuporanguense" (2022), Portuqaliyanın "Eştrela Amadora" (2022-2023) və "Maritimu" (2024-2026) komandalarında oynayıb.