son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Atletika üzrə ölkə çempionatına start verilib

Bölmə adı Digər
Yayımlandı 12-06-2026, 20:54

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Azərbaycan çempionatına start verilib.


Sport1.az xəbər verir ki, açılış mərasimində çıxış edən federasiyanın vitse-prezidenti Könül Nurullayeva yarışın əhəmiyyətindən danışaraq idmançılara uğurlar arzulayıb. 


Azərbaycan çempionatında milli komandamızın üzvləri də daxil olmaqla paytaxtın müxtəlif klublarının, həmçinin Gəncə, İsmayıllı, Bərdə, Xızı və Ordubadı təmsil edən 135 atlet mübarizə aparır.


Yarış Avropa çempionatı və Balkan çempionatına seçim və hazırlıq baxımından mühüm əhəmiyyət kəsb edir.


Çempionatın ilk günündə müvafiq olaraq kişilərdə və qadınlarda 100 metr məsafəyə qaçışda Həmid Nəbiyev və Lamiyə Vəliyeva, 400 metrdə Cavid Məmmədov və İlahə Quliyeva, 1500 metrdə Bəxtiyar Əsgərli və Nila Heydərova, 3000 metr məsafəyə maneələrlə qaçışda Əmrah Nağıyev Azərbaycan çempionu olub.


Üç təkanla tullanmada Rüstəm Məmmədov və Yekaterina Sarıyeva, hündürlüyə tullanmada Bülbül Babayev və Zeynəb Qəmbərova, nüvəitələmədə İsmayıl Əliyev və Səkinə Hacızadə, nizəatmada Orxan Qasımov və İradə Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR