son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Qış İdman Növləri Federasiyasının nümayəndələri FİS-in Beynəlxalq Xizək Konqresində iştirak ediblər

Bölmə adı Digər
Yayımlandı 12-06-2026, 20:42

Serbiyanın paytaxtdı Belqrad şəhərində Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) ali qərarverici platforması olan Beynəlxalq Xizək Konqresinin 57-ci iclası keçirilib.


Sport1.az xəbər verir ki, iki ildən bir təşkil olunan iclasda 80-ə yaxın ölkədən 300 -dən artıq nümayəndə iştirak edib.


Kongresdə ölkəmizi Azərbaycan Qış İdman Növləri Federasiyasını prezidenti Fuad Nağıyev, vitse-prezidenti Florian Sengstschmid və Baş katibi Günel Badalova təmsil ediblər.


Konqres çərçivəsində Aleksandr Oşpelt Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) prezidenti vəzifəsinə seçilib. Həmçinin FIS Şurasının 18 nəfərlik tərkibi formalaşdırılıb.


Konqres çərçivəsində təşkilatın gələcək fəaliyyət istiqamətləri, strateji prioritetləri, o cümlədən qış idman növlərinin inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olunub.


Xatırladaq ki, ötən il Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında qış turizmi və qış idman növlərinin inkişafı, eləcə də Azərbaycanın qış idman növləri üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi məqsədilə 5 illik müddətə tərəfdaşlıq müqaviləsi imzalanıb.


Müqavilə çərçivəsində qış turizmi infrastrukturunun təkmilləşdirilməsi, Azərbaycanın xarici turistlər üçün cəlbedici qış turizm destinasiyasına çevrilməsi və “Şahdağ” Turizm Mərkəzində beynəlxalq xizək yarışlarının təşkili üzrə birgə əməkdaşlıq nəzərdə tutulur.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR