
"Gəncə" voleybol klubu heyətini yeni transferlə gücləndirib.
Sport1.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Serbiyalı Militsa Vukoviçlə müqavilə imzalanıb.
Təcrübəli oyunçu karyerası ərzində Serbiya və Portuqaliya çempionatlarında çıxış edib.
Onun son klubu Azərbaycanın "Abşeron" komandası olub.