son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Mundiallar tarixinin ən yaşlı baş məşqçisi oldu

Bölmə adı Futbol / Dünya Çempionatı
Yayımlandı 12-06-2026, 09:50

Çexiya millisinin baş məşqçisi Miroslav Koubek futbol üzrə dünya çempionatları tarixində komandasını oyuna çıxaran ən yaşlı baş məşqçi kimi rekord müəyyənləşdirib.


Sport1.az xəbər verir ki, Çexiya yığması dünya çempionatının qrup mərhələsinin ilk turunda Cənubi Koreya millisi ilə qarşılaşıb. Bu görüşlə Miroslav Koubek mundiallar tarixinin ən yaşlı baş məşqçisi adına sahib çıxıb.


Sentyabr ayında 75 yaşı tamam olacaq çexiyalı mütəxəssis bununla da açılış matçında rekord müəyyənləşdirən Cənubi Afrika Respublikası millisinin 74 yaşlı belçikalı baş məşqçisi Huqo Broosun göstəricisini geridə qoyub.


Bundan əvvəl dünya çempionatları tarixinin ən yaşlı baş məşqçisi rekordu almaniyalı Otto Rehaqelə məxsus idi. O, 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən mundialda 71 yaşında Yunanıstan millisinə rəhbərlik edib.


Qeyd edək ki, dünya çempionatında Kurasao millisinin baş məşqçisi kimi fəaliyyət göstərən 78 yaşlı niderlandlı mütəxəssis Dik Advokat da turnirdə iştirak edir və onun rekordu yeniləməsi mümkündür.


Xatırladaq ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyunun 11-də start götürüb. Turnirin final oyunu iyulun 19-da keçiriləcək.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR