son dəqiqə SON DƏQİQƏ
Prezident U-15 Dünya Çempionatı ilə bağlı daha bir sərəncam imzaladı "Sumqayıt"ın baş məşqçisi bəlli olub "Neftçi"nin üzvü Benin millisində Monteneqrolu hücumçu "Neftçi"də Cavid Hüseynov və Zaur İsmayılov "Araz-Naxçıvan"dan getdi II Liqa: Bu gün 4-cü turun oyunlarına yekun vurulacaq "Biz bu ekosistemdəki missiyamızı şərəflə yerinə yetiririk" "Sumqayıt"ın daha bir legioneri millinin düşərgəsinə çağırılıb Şahmat Olimpiadası: 6-cı turun oyunlarına start verilib "Naxçıvan"dan növbəti transfer Tanınmış idmançılar maarifləndirmə kampaniyasına qoşuldular Premyer Liqa klublarının yay transferləri "Zirə"nin legionerlərinə dəvət Super Liqa: Yeni mövsümün ilk turunun cütləri müəyyənləşib Nazim Umbayev bunu bacaran ilk azərbaycanlı cüdo hakimi oldu Yeni mövsümdə iştirakçı klubların siyahısında dəyişiklik edilib AÇ: Daha 3 boksçumuz 1/4 finalda "Kəpəz" bunu 150-ci dəfə etdi "Ucuz penaltiyə ehtiyac yox idi" Son çempion yubiley matçına çıxdı 1000-ci oyunda 550-ci qələbə Kapitan yığmaya çağırıldı Təmsilçimiz 91-ci oldu Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…”

“Yuventus”da rəhbər dəyişikliyi

Bölmə adı İtaliya
Yayımlandı 12-06-2026, 21:56

“Yuventus” rəhbərliyində dəyişiklik baş verib.


Sport1.az xəbər verir ki, Turin klubu İdarə Heyətinin sədri və baş icraçı direktoru Damyen Komolli ilə yolların ayrıldığını açıqlayıb.


Fransalı funksioner 2025-ci ilin iyununda “Yuventus”a baş menecer kimi gəlmiş, noyabrda isə baş icraçı direktor vəzifəsinə təyin olunmuşdu.


Lakin o, bu postda uzun müddət qala bilməyib. Klub Komolli ilə əməkdaşlığın qarşılıqlı razılıq əsasında başa çatdığını bildirib.


“Yuventus”da yeni rəhbər də bəlli olub.


Turin təmsilçisi “Sassuolo”nun sabiq icraçı direktoru Covanni Karnevalinin klubun yeni baş icraçı direktoru və baş meneceri təyin edildiyini açıqlayıb.


Qeyd edək ki, Komolli daha əvvəl “Fənərbağça”, “Liverpul”, “Tottenhem”, “Arsenal” və “Tuluza”da da müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR