son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Dünya çempionatının ən yaxşı futbolçuları - SİYAHI

Bölmə adı Futbol / Dünya Çempionatı
Yayımlandı 12-06-2026, 12:02

Məşhur “The Athletic” nəşri ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatının ən yaxşı futbolçularının reytinqini açıqlayıb.


Sport1.az xəbər verir ki, siyahıya Fransa millisinin və PSJ-nin hücumçusu Usman Dembele başçılıq edir. İkinci pillədə İngiltərə yığmasının kapitanı Harri Keyn (“Bavariya”, Almaniya) yer alıb. İlk “3-lüy”ü İspaniya seçməsinin və “Barselona”nın vingeri Lamin Yamal tamamlayır.


İlk “10-luq”da, müvafiq olaraq, Maykl Olise (Fransa), Vitinya (Portuqaliya), Kilian Mbappe (Fransa), Qabriel (Braziliya), Pedri (İspaniya), Əşrəf Hakimi (Mərakeş) və Brunu Fernandeş (Portuqaliya) də qərarlaşıblar.


Seçim edilərkən futbolçuların yalnız istedadı deyil, həm də fiziki vəziyyəti və oynamaq ehtimalı da nəzərə alınıb.


Qeyd edək ki, iyunun 11-də start götürən dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR