son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

Bölmə adı Güləş
Yayımlandı 12-06-2026, 21:39

Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev və federasiyanın vitse-prezidenti Namiq Abdullayev regionlarda güləşin inkişafı istiqamətində görülən işlər çərçivəsində Lənkəran və Astara rayonlarına səfər ediblər.


Sport1.az xəbər verir ki, səfər zamanı Lənkəranda və Astarada güləş zallarına baxış keçirilib, zalların maddi-texniki bazası və məşq prosesi ilə yaxından tanış olunub. 


Federasiya rəsmiləri məşqçilərlə mövcud problemlər və gələcək planlarla bağlı fikir mübadiləsi aparıblar.


Görüşlərdə idmançıların hazırlıq şəraitinin daha da yaxşılaşdırılması, güləş zallarının zəruri inventarla, o cümlədən güləş xalçalarıyla təmin olunması, yeni məşq məkanlarının yaradılması, eləcə də regionlarda güləşin inkişafına dəstək göstərə biləcək sponsorların cəlb edilməsi məsələləri geniş müzakirə olunub. Məşqçilər tərəfindən səsləndirilən təklif və təşəbbüslər diqqətlə dinlənilib, mövcud ehtiyacların mərhələli şəkildə həlli istiqamətində fikir mübadiləsi aparılıb.


AGF bölgələrdə güləşin inkişafı, idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi və məşq prosesinin keyfiyyətinin artırılması məqsədilə regionlarda infrastruktur layihələrinin icrasına davam edəcək.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR