son dəqiqə SON DƏQİQƏ
Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ●

"Real" futbolçusunu bu ölkənin klublarına təklif etdi

Bölmə adı İspaniya
Yayımlandı 13-06-2026, 10:10

Franko Mastantuono karyerasını İtaliyada davam etdirə bilər.


Sport1.az "Tuttosport"a istinadən xəbər verir ki, "Yuventus" Brahim Díazı transfer etmək istəyir və hətta onu satınalma hüququ olmadan icarəyə götürməyə hazırdır. Lakin "Real"ın yarımmüdafiəçinin DÇ-2026-dan qayıdışına qədər hər hansı qərar verməsi gözlənilmir.


Turin klubu ilə aparılan danışıqlar zamanı “Real” alternativ olaraq Mastantuononun da satınalma hüququ olmadan icarəyə götürülməsini təklif edib.


“Yuventus” bu təkliflə bağlı düşünmək üçün vaxt istəyib. Bununla belə, Madrid klubu uzun müddət gözləmək niyyətində deyil və artıq argentinalı yarımmüdafiəçini digər Serie A təmsilçilərinə, o cümlədən avrokuboklara vəsiqə qazana bilməyən klublara da təklif edib.


Bundan əlavə, Qonzalo Qarsianın transferi də “Yuventus” və “Real" arasında müzakirə olunur. Lakin bu danışıqlar yavaş irəliləyir. Bu halda söhbət icarədən deyil, Niko Pazın "Komo"ya keçidinə bənzər bir modeldən, geri satınalma hüququ ilə həyata keçiriləcək transferdən gedir.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR