"Şəfa" yay transfer pəncərəsində növbəti transferini reallaşdırıb.
Sport1.az xəbər verir ki, müdafiəçi Murad Musayevlə müqavilə imzalanıb.
Anlaşmanın müddəti 1 illikdir. Qeyd edək ki, 31 yaşlı futbolçu karyerasının böyük hissəsini "Qəbələ"də keçirib.
O, eyni zamanda "Zirə", "Şüvəlan" və "Səbail"in heyətində də çıxış edib.