
“Araz-Naxçıvan” aparıcı futbolçuları ilə bağlı qərarını verib.
Sport1.az saytının əldə etdiyi məlumata görə, komanda Patrik Andrade və Felipe Santosu heyətində saxlamağı planlaşdırır.
Premyer Liqa təmsilçisi hər iki ulduz futbolçu ilə yeni müqavilə imzalamaq niyyətindədir. Hazırda tərəflər arasında danışıqlar davam edir. Onların Naxçıvan klubu ilə müqavilələri cari mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Patrik Andrade 2025-ci ildən, Felipe Santos isə 2024-cü ildən “Araz”ın uğurları üçün çalışır.
MİRZƏ SAKİT