son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

Yuri Vernidub: "Əvvəlki oyunların birində özümü güclə saxladım ki..." - MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 18-03-2026, 14:21

"Neftçi”nin baş məşqçisi Yuri Vernidub Ukraynanın Sport.ua saytına müsahibə verib.

Sport1.az həmin müsahibəni təqdim edir.



- Artıq yeni mühitə alışmısınız? Azərbaycanda işləmək necədir?

- Bəli, artıq öyrəşmişəm. Səhər saat 7-də oyanıram, qəhvəmi içib bazaya yollanıram. Adətən saat 8:00–8:30 arası orada oluram. Günümün demək olar ki, hamısı bazada keçir, yalnız axşam evə qayıdıram. Burada işləmək ümumilikdə başqa yerlərdən fərqlənmir. Futbol hər yerdə həm maraqlı, həm də məsuliyyətli işdir və özünəməxsus tərəfləri var. Hakimliyin daha yaxşı olmasını istərdim, amma reallıq budur. Əvvəlki oyunların birində özümü güclə saxladım ki, açıqlama verməyim. Mənim üçün əsas olan komandamın oyunudur, qalan məsələlərə başqaları qiymət versin.



- Siz ölkənin ən titullu klublarından birini çalışdırırsınız. Hazırkı vəziyyəti nəzərə alsaq, çempionluq real görünmür. Məqsəd nədir?

- “Neftçi”yə nəticələri yaxşılaşdırmaq və potensialımı maksimum göstərmək üçün gəlmişəm. Heyət mən gələndən əvvəl formalaşıb, yeni oyunçu gətirməmişəm. Uşaqlar yaxşı hazırlaşıblar, texnikalı və sürətlidirlər. Qarşıda hələ 10 oyun var və medal şansımız qalır. Axıra qədər mübarizə aparacağıq. Məqsədimiz turnir cədvəlində mümkün qədər yüksəlmək və avrokuboklara vəsiqə qazanmaqdır. Mən gələndə ilk “4-lük”lə aradakı fərq böyük idi, indi isə azalıb. Buna görə də sona qədər mübarizəni davam etdirəcəyik.



- Komanda ilə tez uyğunlaşa bildiniz?

- Şükür ki, hər şey qaydasındadır. Oyunçular məni anlayır və verdiyim tapşırıqları yerinə yetirirlər. Onların işə yanaşması məni qane edir. Mövsümün sonunda nəticələrə baxacağıq.



- Bildiyimiz kimi, komandada ukraynalı Andrey Ştoqrin çıxış edir. Başqa həmyerliləriniz varmı?

- Hələ ki, yoxdur. Dəvət etmək istədiyim oyunçuların isə güclü klublarla yaxşı müqavilələri var və buraya gəlmələri real deyil. Təklif olunan futbolçuları isə yaxşı tanıyıram və onlar mənə uyğun deyil.



- Oğlunuz Vitali artıq məşqçi kimi fəaliyyət göstərir. Onun işi necə gedir?

- Hər şey qaydasındadır. O da “Neftçi”nin məşqçilər heyətindədir və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.



- Həyat yoldaşınız sizinlə birlikdədir?

- Bəli, Bakıda mənimlədir. Evdə məni gözləyir, yemək hazırlayır. Adətən naharı evdə edirik, birlikdə söhbət edib sonra dincəlirik. O da burada özünü rahat hiss edir. Onun üçün Bakının sakit və gözəl şəhər olması önəmlidir. Şəhəri gəzməyə də vaxt tapır.



- Vətəninizdə baş verənləri izləyə bilirsiniz?

- Əlbəttə, hər gün Ukrayna ilə bağlı xəbərləri oxuyuruq. Bu hadisələr çox ağır təsir edir, müharibə çox böyük acılar gətirib. Qardaşımın oğlu artıq iki ildir ki, döyüşlərdədir. Drujkovka və Konstantinovka istiqamətində vəziyyət olduqca gərgindir. Daim əlaqə saxlayırıq. Yaxın vaxtlarda danışarkən bildim ki, ön cəbhədə onların maşını vurulub. Mən də onlara “Nissan Navara” markalı pikap alıb göndərdim. Şükür ki, artıq onlara çatıb və hər şey qaydasındadır.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR