son dəqiqə SON DƏQİQƏ
"Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda uduzub ●

“Neftçi” “Qarabağ”la oyuna görə azarkeşlərə xəbərdarlıq etdi

Bölmə adı Futbol
Yayımlandı 20-04-2026, 13:40

"Neftçi” Azərbaycan Premyer Liqasının XXIX turunda baş tutacaq "Qarabağ"la oyundan öncə azarkeşlərə müraciət edib.


Sport1.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyuna böyük marağı nəzərə alaraq, hər iki klub azarkeşlərinin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və matç zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır.


Təhlükəsizlik məqsədi ilə arenanın “Neftçi” azarkeşləri üçün nəzərdə tutulan sektorlarına “Qarabağ” klubunun formasını, şarfını və ya digər rəmzlərini daşıyan azarkeşlərin buraxılmasının qarşısı alınacaq.


“Palms Sports Arena”da keçiriləcək görüşdə Ağdam təmsilçisinin azarkeşləri üçün “Qərb 2” sektoru ayrılacaq. Onlar biletlərini oyun günü – aprelin 26-sı saat 12.00-dan etibarən stadionun “Qarabağ” azarkeşləri üçün xüsusi ayrılmış kassasından əldə edə bilərlər.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR