
Mahaçqala “Dinamo”sunda çıxış edən Məhəmmədcavad Hüseynnəjadın karyerasını Azərbaycanda davam etdirməsi ehtimalı yaranıb.
Sport1.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi “Qarabağ” klubunun diqqətini çəkib. Bildirilir ki, iranlı futbolçu Ağdam təmsilçisinə təklif olunub.
“Qarabağ”ın məşqçi heyəti oyunçunun potensialını yüksək qiymətləndirsə də, o, hazırda klub üçün əsas hədəf sayılmır. Bu səbəbdən Ağdam komandası həmin mövqe üçün alternativ variantları da gözdən keçirməyi planlaşdırır.
Digər tərəfdən, Hüseynnəjadın “Dinamo”da qalmaq ehtimalı da istisna edilmir. Mahaçqala klubu onunla yeni müqavilə imzalamaqda maraqlıdır. Əgər tərəflər razılığa gələ bilməsələr, Rusiya təmsilçisi mövsüm başa çatdıqdan sonra futbolçunu transfer siyahısına daxil edə bilər.