19:11 20.04.2026 131

“Neftçi” hakim qərarları ilə bağlı bəyanat yaydı

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XXVIII turu çərçivəsində keçirilən oyunlarda baş verən mübahisəli epizodlara münasibət bildirib.


Sport1.az xəbər verir ki, mütəxəssis “Zirə” – “Neftçi” qarşılaşmasının baş hakimi İnqilab Məmmədovun yanlış qərar verdiyini açıqlayıb.


“Ağ-qaralar” bununla bağlı bəyanat yayıb:


“Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən “Zirə” – “Neftçi” qarşılaşması ərzində, xüsusilə də son dəqiqələrdə komandamız yenidən hakim səhvləri ilə üzləşdi. Oyunun 90+4-cü dəqiqəsində “Zirə”nin vurduğu qol qaydaların kobud şəkildə pozulması ilə qeydə alındı. Belə ki, rəqib komandanın futbolçusu Ruan Renatonun oyundankənar vəziyyətdə olmasına və qapıçımız Kenan Piriçin görmə bucağını məhdudlaşdırmasına baxmayaraq, baş hakim tərəfindən qol hesab edildi. VAR-da əyləşən Nicat İsmayıllı isə epizoda müdaxilə etmədi.


Bu səhv mövsümün həlledici mərhələsində “Neftçi”nin növbəti ədalətsiz xal itkisi ilə üzləşməsinə səbəb oldu. Eyni zamanda, qoldan sonra hər iki komandanın futbolçuları arasında yaranan gərginlik fonunda baş verən hadisələr nəticəsində baş məşqçi Yuri Vernidub, onun köməkçisi Dmitro Kara-Mustafa və futbolçu Breno Almeydaya əsassız qırmızı vərəqələr göstərildi.


20.04.2026 tarixində AFFA-nın inzibati binasında “Neftçi” PFK-nın rəhbərliyi və nümayəndələri AFFA rəsmiləri və Hakimlər Komitəsinin sədri ilə görüş keçirib. Görüş zamanı klub sözügedən oyunda qeydə alınan qola etirazını bildirib, həmçinin məşqçilər və futbolçuya göstərilən qırmızı vərəqələrin ləğvini tələb edib.


Bundan əlavə, mövsüm ərzində dəfələrlə təkrarlanan kobud hakim səhvləri sərt şəkildə tənqid olunub və bəzi hakimlərin “Neftçi”yə qarşı ədalətsiz və qərəzli mövqe sərgilədiyi vurğulanıb. Klub nümayəndələri qəbul edilən qərarların əsaslandırılmasını tələb edib. Hakimlər Komitəsinin sədri tərəfindən verilən cavablar klub rəsmilərini qismən qane edib.


Hakimlər Komitəsinin 20.04.2026 tarixli qərarı ilə oyunun hakimlərinin açıq-aşkar kobud səhvə yol verdiyinin etiraf olunması müsbət addım kimi qiymətləndirilib. Bununla belə, qeyd olunub ki, itirilən xallar geri qaytarılmır və bu cür hallar mövsüm ərzində ilk dəfə baş vermir.


Bəyanatda vurğulanır ki, “Neftçi”yə qarşı təkrarlanan kobud səhvlər bəzi hakimlərin komandaya qarşı qərəzli münasibəti ilə əlaqələndirilir və günahkarların ciddi şəkildə cəzalandırılması tələb olunur.


“Neftçi” PFK olaraq aşağıdakılar bəyan edilib:


1. Komandaya qarşı məqsədyönlü və qərəzli hakim ədalətsizliyinə son qoyulmalıdır;

2. Bu cür kampaniyaların nəticə verməyəcəyi bildirilir və klub sona qədər mübarizə aparacağını bəyan edir;

3. Klub üçün azarkeş dəstəyi əsas güc mənbəyi kimi qeyd olunur;

4. “Neftçi”nin Azərbaycan futbolunun flaqmanı olduğu və bu statusunu qoruyacağı vurğulanır.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

15:28

Müqavilələrlə bağlı yeni tələb

15:05

Martinesin durumuna aydınlıq gəldi

14:50

Boş tribunalara görə tənqid

14:30

PSJ-nin satmaq istədiyi futbolçu

14:04

"Qalatasaray" PSJ-nin futbolçusu üçün hərəkətə keçdi

13:49

Məşhur futbolçunun oğlu "Liverpul"la müqavilə bağladı

13:25

"Sumqayıt"ın futbolçusu uzun müddət sıradan çıxdı

13:03

FIFA-dan milliyə qadağa

12:48

Koreyalı futbolçu üçün danışıqlar başladı

12:19

"Şəfa"dan növbəti transfer - RƏSMİ

12:02

Dünya çempionatının ən yaxşı futbolçuları - SİYAHI

11:51

"Yuventus" qapıçı axtarışında

11:24

Tarixin dördüncüsü

11:01

DÇ-2026: Ev sahibi Bosniya və Herseqovinaya qarşı

10:48

İlk oyunların ən yaxşı futbolçuları

10:30

İrandan qaçan futbolçu Azərbaycanda oynayacaq?

10:05

"Çelsi"dən ayrılır

09:50

Mundiallar tarixinin ən yaşlı baş məşqçisi oldu

09:29

DÇ-2026: Açılış oyununda bədbəxt hadisə

09:00

Cənubi Koreyadan qələbə

01:05

DÇ-2026: Ev sahibi açılış matçını qalib başa vurdu

23:58

DÇ-2026: Argentina millisinin heyətində dəyişiklik

23:27

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

22:57

“Benfika”nın hücumçusu Türkiyə yolunda

22:24

Mourinyo yenidən “Real”da - RƏSMİ

21:47

DÇ-2026: Açılış mərasimi başlayıb

21:37

Millimizin üzvü dünya reytinqinin zirvəsində

20:58

Premyer Liqaya yüksəldi - LOQOSUNU DƏYİŞDİ

20:38

I Liqa klubunda yeni müqavilə

20:23

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

19:58

Millilərimizin rəqibləri bəlli oldu

19:27

“Lill”in futbolçusu “Sabah”da - RƏSMİ

19:04

“Sabah”dan “Zirə”yə - RƏSMİ

18:54

“Şamaxı”dan növbəti transfer - RƏSMİ

18:15

Daha bir klub avrokubok oyunlarını Sumqayıtda keçirəcək - ÖZƏL

18:00

Bundesliqa təmsilçisindən transfer

17:32

İran mundial oyunlarını boykot edə bilər

17:31

"Qarabağ"da İdarə Heyətinin iclası keçirildi

17:07

Premyer Liqaya yüksələn klub baş məşqçini göndərdi

16:48

Ölkə çempionatı keçiriləcək

16:29

"Mançester Siti" sabiq futbolçusunu istəyir

16:12

"Karvan-Yevlax"da daha iki ayrılıq

16:06

Premyer Liqa klubu cərimələndi

15:45

"Beşiktaş"dan 9 milyonluq təklif

15:23

Klub tarixinin ən bahalı transferi

15:05

"Sabah"ın futbolçusu əməliyyat olundu

15:01

Millimiz FIFA reytinqində gerilədi

14:34

Mundialın tarixinə düşməyə hazırlaşırlar

14:04

PSJ ulduz futbolçunu heyətinə qatmağa çalışır

13:50

Elitaya yüksələn klub alban məşqçi gətirdi

13:30

Klub sahibinə sərt cəza

13:05

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

12:38

70 milyon avroluq tələb

12:19

Rusiya klubu "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

12:02

Beynəlxalq transfer qaydalarında dəyişiklik

11:47

Mbappe tənqid hədəfinə çevrildi

11:30

Kasilyas sabiq klubunu məhkəməyə verdi

11:11

Tevesi Sampaoli əvəzlədi

10:49

"Zirə"də beş müqavilə

10:30

Baş məşqçi ilə yeni müqavilə

10:10

"Real"ın sabiq baş məşqçisi hansı klubla danışıq aparır?

09:50

FİFA-ya qarşı araşdırma

09:29

18 yaşlı hücumçu "Barselona"da

09:01

Dünya çempionatı start götürür

00:47

Sabiq “Fənərbaxça”lı “Şaxtyor”da

23:53

Kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib

23:24

“Şamaxı”dan növbəti transfer

22:56

Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib

22:40

Lənkəranda güləş festivalı baş tutub

21:57

Batut gimnastikası və tamblinq üzrə ölkə çempionatı keçirilib