
İspaniyanın “Real Madrid” klubu Türkiyənin “Qalatasaray” komandasının ulduz futbolçusu Viktor Osimheni heyətinə qatmaq istəyir.
Sport1.az xəbər verir ki, La Liqa nəhəngi 26 yaşlı nigeriyalı hücumçu üçün ciddi təklif hazırlayır.
“Real Madrid” üçün əsas problem futbolçunun yüksək transfer qiymətidir. “Qalatasaray”ın Osimheni 100 milyon avrodan aşağı qiymətə satmağa razı olmadığı iddia edilir.
Buna baxmayaraq, Madrid klubu yüksək məbləğə baxmayaraq transferi həyata keçirməkdə israrlıdır. Futbolçu da La Liqada çıxış etməyə müsbət yanaşır.
Qeyd edək ki, nigeriyalı hücumçunun adı bundan əvvəl “Barselona”, PSG, “Liverpul” və “Mançester Yunayted” kimi klublarla da hallanırdı. Osimhen ötən mövsüm “Napoli”dən “Qalatasaray”a transfer olunub və onun klubla müqaviləsi 2029-cu ilə qədər davam edir.