son dəqiqə SON DƏQİQƏ
"Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda uduzub ●

Təmsilçimiz zirvəni fəth etdi

Bölmə adı Digər
Yayımlandı 20-04-2026, 16:15

Bakı — Azərbaycan Alpinizm Federasiyasının üzvü, tanınmış alpinist İsrafil Aşurlu dünyanın 8000 metrdən yüksək olan növbəti zirvəsinə yüksələrək səkkizminliklər üzrə nailiyyətlərinin sayını 9-a çatdırıb və bu siyahıya Annapurna (8091 metr) zirvəsini əlavə edib.


Sport1.az xəbər verir ki, bu nəticə çətin dağ şəraitində uzunmüddətli hazırlığın, düzgün qərarların və komanda ruhunun göstəricisidir. Səkkizminliklər yalnız fiziki güc deyil, eyni zamanda dözümlülük, səbr və dağa hörmət tələb edən mürəkkəb marşrutlardır.


İsrafil Aşurlu daha əvvəl də bir sıra səkkizminlik zirvələrə, o cümlədən Everest zirvəsinə yüksələrək Azərbaycan alpinizm tarixində mühüm nailiyyətlərə imza atıb və ölkəmizi beynəlxalq dağçılıq ictimaiyyətində layiqincə təmsil edib.


Qeyd edək ki, İsrafil Aşurlu keçmiş SSRİ məkanında yerləşən bütün 7000 metrlik zirvələrə yüksələrək “Qar bəbiri” tituluna layiq görülən ilk azərbaycanlı alpinistdir.


Azərbaycan Alpinizm Federasiyası alpinistin bu uğurunu yüksək qiymətləndirir və inanır ki, bu nəticə gənc dağçılar üçün ilham mənbəyi olacaq.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR