son dəqiqə SON DƏQİQƏ
Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" Zirə səfərindən xalsız qayıdır Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə Nəzirinin köməkçiləri müəyyənləşib "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub Yığmamızın futbolçularının yeni klubları müəyyənləşib Dieqo Rosa "Qarabağ"da

Premyer Liqanın ulduzları

Bölmə adı Premyer Liqa
Yayımlandı 11-08-2025, 20:16

Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə iştirak edəcək klubların ən dəyərli futbolçuları açıqlanıb.

Sport1.az “Transfermarkt” portalına istinadən xəbər verir ki, ölkə çempionatının iki ən dəyərli oyunçusu “Qarabağ”ın aparıcı futbolçuları Kadi Borges və Leandro Andradedir. Hər iki oyunçunun transfer dəyəri 2,5 milyon avro olaraq qiymətləndirilib.

“Neftçi”nin yeni transferi Falaye Sako isə 1,5 milyon avro ilə üçüncü yerdədir. “Sabah”dan Yesse Sekidika və Pavol Şafranko, eləcə də “Turan Tovuz”un lideri Rəhim Sadıxov hər biri 1 milyon avro dəyərində qiymətləndirilir.

Digər komandaların ən dəyərli oyunçuları isə belə sıralanır: “Zirə”dən Qismət Alıyev, İron Qomis və Davit Volkov – hər biri 900 min avro; “Sumqayıt”dan Səbuhi Abdullazadə və Pedro Pinto – 900 min avro; “Araz-Naxçıvan”dan Felipe Santos – 900 min avro.

Siyahının sonunda isə “Qəbələ” oyunçuları Adriel Ba Lua və Murad Musayev yer alır – hər birinin transfer dəyəri cəmi 400 min avrodur.

Klubların ən dəyərli oyunçuları:

“Qarabağ”: Kadi Borges, Leandro Andrade – 2,5 milyon

“Neftçi”: Falaye Sako – 1,5 milyon

“Sabah”: Yesse Sekidika, Pavol Şafranko – 1 milyon

“Turan Tovuz”: Rəhim Sadıxov – 1 milyon

“Zirə”: Qismət Alıyev, İron Qomis, Davit Volkov – 900 min

“Araz-Naxçıvan”: Felipe Santos – 900 min

“Sumqayıt”: Səbuhi Abdullazadə, Pedro Pinto – 900 min

“Şamaxı”: Rüfət Abbasov – 700 min

“Kəpəz”: Luis Paçu – 550 min

“İmişli”: Nikola Karaklayiç – 550 min

“Karvan-Yevlax”: Araz Abdullayev, Qavi Tomson – 500 min

“Qəbələ”: Adriel Ba Lua, Murad Musayev – 400 min

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR