
Fransa Liqa 1-də PSJ "Lion"a 1:2 hesabı ilə məğlub olub.
Sport1.az xəbər verir ki, "The Touchline" nəşrinin məlumatına görə, Paris təmsilçisi bu mövsüm Liqa 1-də artıq beşinci məğlubiyyəti ilə üzləşib. Bu isə komandanın əvvəlki iki mövsümün cəmindəki məğlubiyyət sayından daha çoxdur. Belə ki, PSJ son iki mövsümdə ümumilikdə cəmi 4 dəfə uduzub.
Buna baxmayaraq PSJ hələ də turnir cədvəlinə başçılıq edir. Paris klubunun 28 oyundan sonra 63 xalı var və komandanın ehtiyatda daha iki matçı qalır.