
"Qalatasaray" "Mançester Siti"dən ayrılacaq Bernardo Silvanı transfer siyahısına əlavə edib.
Sport1.az xarici KİV-ə istinadla xəbər verir ki, "Mançester Siti"dən ayrılacağını açıqlayan portuqaliyalı ulduz uzun müddətdir ki, "cimbom"un diqqət mərkəzindədir.
31 yaşlı futbolçu ilə İtaliyadan "Yuventus", İspaniyadan "Barselona", Portuqaliyadan "Benfika", eləcə də Səudiyyə Ərəbistanı və MLS komandaları maraqlanır.
Mövsümün sonunda 9 illik "Mançester Siti" macərasına son qoyacaq Bernardo Silva, bu mövsüm İngiltərə komandasında 45 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.