"Neftçi" ilə oyunda "Zirə"nin yubiley heç-heçəsi

Bölmə adı Premyer Liqa
Yayımlandı 20-04-2026, 11:15

"Zirə" Premyer Liqada 100-cü dəfə heç-heçə edib.


Sport1.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, "Neftçi" ilə ev matçında qeydə alınıb.


Misli Premyer Liqasının XXVIII turunun görüşü 1:1 hesabı ilə nəticələnib.


Paytaxt təmsilçisi 332-ci oyununda 100-cü "sülh"ə imza atıb. "Zirə" çempionatın tarixində 100 və daha çox bərabərliyi olan 11-ci komandadır. Bakılıların "sülh"lərindən 51-i ev, 49-u səfər matçında gerçəkləşib.


Qəsəbə klubunun ilk heç-heçəsi 2015/2016 mövsümünə təsadüf edib. 2015-ci il avqustun 16-da "Kəpəz"lə səfər qarşılaşmasında 1:1 hesabı qeydə alınıb

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR