
“Sabah” klubu qapıçısı Stas Pokatilov ilə bağlı qərarını müəyyənləşdirib.
Sport1.az Qazaxıstan mediasınanistinadən xəbər verir ki, Bakı təmsilçisi 33 yaşlı qolkiperlə əməkdaşlığı davam etdirmək niyyətindədir. Müqaviləsinin müddəti bu yay başa çatacaq təcrübəli qapıçıya klub tərəfindən daha bir illik yeni sözləşmə təklif edildiyi bildirilir.
Qeyd olunur ki, "Sabah" rəhbərliyi onun çıxışından razıdır və heyətdə sabitliyi qorumaq üçün bu addımı atmağa qərar verib.