
“Qarabağ”ın heyətində ayrılıq yaşanacaq.
Sport1.az saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi Ramil Şeydayevlə yola davam etməyi planlaşdırmır.
Klub 30 yaşlı hücumçunun cari mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləmək niyyətində deyil.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü olan Ramil Şeydayev 2017–2018 və 2021–2023-cü illərdə “Qarabağ”ın formasını geyinib. O, 2025-ci ilin yayında yenidən klubla müqavilə imzalayıb.