
“Qarabağ”ın müdafiəçisi Kevin Medinanın komandadakı gələcəyi ilə bağlı mühüm yenilik var.
Futbolçu ilə maraqlanan klubların olmasına baxmayaraq, Sport1.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi oyunçunu razı salmağı bacarıb və tərəflər arasında müqavilənin uzadılması ilə bağlı ilkin razılaşma əldə olunub. Yeni sözləşmənin 2 ili əhatə edəcəyi gözlənilir.
Kolumbiyalı mərkəz müdafiəçisi 2020-ci ildə Portuqaliyanın “Çaves” klubundan transfer olunub. Onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilədək qüvvədədir. Futbolçu sonuncu dəfə 2025-ci ildə sözləşməsini yeniləmişdi.
32 yaşlı oyunçu bu mövsüm 24 qarşılaşmada meydana çıxıb və 1 qola imza atıb. Müdafiəçinin transfer dəyəri 450 min avro göstərilir.
NİHAT KƏRİMLİ