“Qarabağ” ulduz futbolçusunu 2 illik müqaviləyə razı saldı - ÖZƏL

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 12-02-2026, 15:12

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin komandadakı gələcəyi ilə bağlı mühüm yenilik var.


Yunanıstanın “Panatinaykos” və “Aris” klublarının futbolçu ilə maraqlanmasına baxmayaraq, Sport1.az-a daxil olan məlumata görə, Ağdam təmsilçisi oyunçunu razı salmağı bacarıb və tərəflər arasında müqavilənin uzadılması ilə bağlı ilkin razılaşma əldə olunub. Yeni sözləşmənin 2 ili əhatə edəcəyi gözlənilir.


Xatırladaq ki, monteneqrolu yarımmüdafiəçi 2022-ci ildə İsrailin “Hapoel Təl-Əviv” klubundan transfer olunub və onunla 3 illik müqavilə imzalanmışdı. 2023-cü ildə isə onunla olan sözləşmə yenilənmişdi. Hazırkı müqavilənin müddəti 2026/2027 mövsümünün sonuna qədərdir.


Qeyd edək ki, təcrübəli futbolçu “Qarabağ”ın heyətində indiyədək 152 rəsmi matçda meydana çıxıb, 12 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.


NİHAT KƏRİMLİ

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR