Azarkeşlər "Sumqayıt"ı ziyana saldı

Bölmə adı Premyer Liqa
Yayımlandı 19-03-2025, 13:38

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sport1.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XXVII turunda “Turan Tovuz” – “Sumqayıt” oyununda yaşananlarla bağlı aşağıdakı qərar qəbul edilib.

Matçda “Sumqayıt” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);

Müəllif: Sport1.az