18:10 27.10.2025 101

Azərbaycan Kubokunun yeni sponsoru finalda bu komandanın oynamasını istəyir - MÜSAHİBƏ

Bu gün Peşəkar Futbol Liqası (PFL) “Avrora Qrup” ilə sponsorluq müqaviləsi imzalayıb. Anlaşmaya əsasən, Azərbaycan Kuboku bu mövsümdən sözügedən şirkətin ustehsalı olan yerli içki brendinin reklam edilməsi üçün Bizon Azərbaycan Kuboku adlandırılacaq.

Sport1.az xəbər verir ki, tədbirdən sonra “Avrora Qrup”un prezidenti Ceyhun Abbasovun jurnalistlərin suallarını cavablandırıb...

Əvvəlcə müqavilə ilə bağlı fikirlərinizi eşidək...
– Bu gün futbol ictimaiyyətində bizim üçün çox önəmli, mühüm bir sənədə imza atdıq. PFL-lə “Avrora Qrup” arasında sponsorluq müqaviləsi imzalandı və bundan sonra Azərbaycan Kuboku Bizon Kuboku adlanacaq. Şəxsən bizim, “Avrora” ailəsi üçün çox dəyərlidir. Buna görə, çalışacağıq ki, PFL-lə birgə bu missiyanı layiqincə həyata keçirək.

Müqavilə bir mövsüm üçün nəzərdə tutulub. Daha uzunmüddətli anlaşma imzalamaq olmazdı?
– Biz qarşı tərəfi sınamaq istədik, onlar da bizi. Hansı tərəfdən baxsan, bu, biznesdir. Bu müqavilənin bizim biznesə, marka dəyərinə gətirəcək dəyərdən söhbət gedir. Mən və komandam da düşünür ki, bu, uzunömürlü olacaq. Qarşılıqlı münasibətlərimiz bu prosesləri daha yuxarılara aparacaq və Azərbaycan futboluna, idmanına öz töhfəmizi verəcəyik. Bilirsiniz ki, futbol idmanın şahıdır və Azərbaycanda da buna çox böyük maraq var. Xüsusən də, doğma “Qarabağ”ımızın son illərdə ortaya qoyduğu performans futbola marağı daha da artırır. Biz də bunun şahidiyik. Eyni zamanda, biz də öz markamıza inanırıq. Yerli brendimiz, sərvətimizdir. On ilin brendidir. Artıq bu sirr deyil, dünyanın 10-a yaxın ölkəsinə bu məhsul ixrac olunur. Bir Azərbaycan məhsulu, brendi kimi öz sözünü deyir.

Son illər sponsorlar, bir çox şirkətlər Azərbaycan futbolundan yan qaçır. Maraqlıdır, PFL sizi necə razı saldı?
– İdmana olan marağımız, dəstəyimiz qaçılmazdır. Hazırda bir neçə kluba dəstəyimizi veririk. “Zirə”dir, “Sabah”ın alt qruplarına dəstək oluruq. Doğma “Araz-Naxçıvan”ımıza kömək edirik, sponsor kimi dəstək oluruq. PFL-dən də belə bir təklif gəldi və düşünürəm ki, biz də onu layiqincə dəyərləndirmişik.

Hansı məbləğdə maliyyə ayrılacağını deyə bilərsiniz?
– Xeyr (gülür).

Yayda hansı klubun kuboku qazanmasını istəyərdiniz?
– Finalda doğma “Qarabağ”ımızı görmək istərdim.

Bəs digəri?
– Sirr qalsın.

“Bizon” ölkə kubokunda PFL-ə maliyyə cəhətdən dəstək göstərəcək. Maraqlıdır, PFL-in bu yöndə sizə dəstəyi nə olacaq?
– Daha çox reklam nəzərdə tutulub.

Bəs o reklamın nə dərəcədə səmərəli olması üçün hansısa ölçü mexanizmi var?
– Bu reklam elə bir şeydir ki, iki vur iki, dörd deyil. Yəni, bunu həmin dəqiqə ölçmək çətindir. Zaman-zaman reklam, marketinq dəstəyi özünü göstərəcək. Ancaq biz “Avrora”nın marketinq qrupu olaraq oturub düşündük ki, bu yola çıxsaq, PFL-lə birgə çalışsaq, uğurlu olarıq.

Həvəskar futbolçu olduğunuzu söylədiniz. PFL-in prezidenti Elxan Səmədov da əvvəllər oynayırdı. Daha öncə yaşıl meydanlarda qarşılaşmısınız?
– Bəli, özüm həvəskar futbolçuyam, artıq 45 ildir ki, oynayıram. Futbola böyük marağım var. “Avrora Qrup”un daxilində hazırda 36 komanda fəaliyyət göstərir. İlboyu oynayırıq, özüm də bir komandanın üzvüyəm. Elxan müəllimlə çox yaxşı münasibətlərimiz var futbol sahəsində. Bu günkü müqavilənin kökündə məhz bu münasibətlər dayanır.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

00:47

DÇ-2026: İspaniyadan darmadağın

23:20

Güləşçimizdən Batumidə qızıl medal

21:45

“Qarabağ”dan növbəti transfer

20:49

Boksçularımız Olimpiya ümidləri turnirində 12 medal qazanıblar

19:23

“Neftçi”də iki yeni müqavilə - RƏSMİ

18:18

Taekvondoçumuzdan Avropa çempionatında bürünc medal

16:26

“Sabah”da ayrılıq - RƏSMİ

11:23

Millimiz Portuqaliya ilə üz-üzə gələcək

09:58

DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi

23:54

Rəşad Sadıqov: “7-8 transfer olacaq”

23:18

Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olundu - FOTOLAR

22:58

DÇ-2026: Niderlanddan darmadağın

22:26

Qurban Qurbanov: “Hər mövqe üçün futbolçularla danışıqlar gedir”

21:58

“İmişli”də yeni təyinat - RƏSMİ

21:36

“Turan Tovuz” iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

20:57

“Qarabağ” “Zirə”ni məğlub etdi

20:33

Kazemironun yeni klubu bəlli oldu

20:18

DÇ-2026: Niderland - İsveç: HEYƏTLƏR

19:57

“Neftçi”də yeni müqavilə - RƏSMİ

19:27

I Liqaya yüksəldi - MƏŞQÇİSİ İLƏ YOLLARINI AYIRDI

18:53

“Zirə”dən yeni transfer - RƏSMİ

18:39

Boksçumuz Dünya Kubokunun finalında

18:00

45 milyonluq təklif

17:28

Dünya rekordu yeniləndi

17:20

"Zirə"də ayrılıq

17:07

Vinisius Ronaldinyonu qabaqladı

16:50

"Yuventus"dan transfer

16:36

“Real”ın Olise planı

16:33

“Neftçi” yeni transferini açıqladı

16:06

Türkiyə ilə oyunda rekorda imza atdı

15:50

“Qarabağ” üçün yeni rəqib

15:19

"Barselona" milli üzvünü istəyir

15:00

Avropa çempionatında bürünc medal

14:35

London klubu yarımmüdafiəçi üçün hərəkətə keçdi

14:14

Məşhur futbolçu idman direktoru təyin olundu

13:55

Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib

13:52

"Trabzonspor" İngiltərə klubuna "yox" dedi

13:32

Braziliya millisi yenidən zirvədə

13:13

DÇ-2026: Günün oyunları

12:49

"Sportinq"in yetirməsi "Sabah"da - RƏSMİ

12:29

Türkiyə millisindən antirekord

12:02

“Karyeramın ən yaxşı günlərindən birini yaşadım”

11:50

“Cəsarətli və əzmkar olmaq lazımdır“

11:30

96 ildə ən yaxşı nəticə

11:11

Çalhanoğlu üzr istədi

10:45

Montella: “35 illik futbol karyeramda buna çox nadir rast gəlmişəm”

10:30

Ronaldonun bacısından tənqid

10:08

Seneqal millisində böhran

09:53

Türkiyəyə qol vurdu, ən yaxşı seçildi

09:28

Türkiyə millisi növbəti mərhələ şansını itirdi

09:15

DÇ-2026: Braziliyadan üç cavabsız qol

09:00

DÇ-2026: Mərakeşdən qələbə

00:46

Millimiz İsrailə qalib gəlib

23:32

Fransa klubunda yeni təyinat

22:58

DÇ-2026: ABŞ 1/16 finalda

22:22

Bakıda Avropa Su İdmanı Federasiyasının konfransı keçiriləcək

21:56

“Real”ın futbolçusu La Liqada klubunu dəyişə bilər

21:23

“Sheki Open 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib

20:57

“Neftçi” futbolçusu ilə bağlı qərarını verdi - RƏSMİ

20:23

“İmişli”də 5 ayrılıq - RƏSMİ

19:56

“Göygöl”ün futbolçusu mükafatlandırılıb

19:27

Yunanıstan klubu baş məşqçisi ilə bağlı qərarını verdi - RƏSMİ

18:50

Elmin Bayramov mükafatlandırılıb

18:37

3 boksçumuz Dünya kubokunun yarımfinalında

18:00

Türkiyə millisinin sabiq futbolçusu karyerasını bitirdi

17:33

İki oyuna 200 min avro

17:17

24 illik rekordu yenilədi

17:07

"Şəfa"da yeni müqavilə - RƏSMİ

16:50

"Barselona" ispan futbolçu üçün hərəkətə keçdi

16:28

Şahmatçımız Karlseni məğlub etdi