SON DƏQİQƏ
Klubların növbəti reytinq cədvəli tərtib olunub.
Sport1.az xəbər verir ki, siyahıda Misli Premyer Liqasında çıxış edənlər də yer alıblar.
"Qarabağ" siyahıda yer alan ən reytinqli kollektimizdir. Ağdam təmsilçisi 151-ci pillədə qərarlaşıb. "Köhlən atlar"ın hesabında 80,5 əmsal var.
76,5 xalla "Sabah" 332-ci pillədə yer alıb.
"Zirə" isə 493-cü sırada qərarlaşıb. "Qartallar"ın hesabında 74,3 əmsal var.
"Turan Tovuz" 722-ci (71,8 əmsal), "Neftçi" 761-ci (71,5 əmsal), "Araz-Naxçıvan" 929-cu (70,3 əmsal), "Sumqayıt" 1166-cı (68,7 əmsal), "Şamaxı" 1346-cı (67,5 əmsal), "Kəpəz" isə 2131-ci (64,1 əmsal) pillədə yer alıb.
Premyer Liqada bu mövsümdən çıxış edən "Qəbələ", "İmişli" və "Karvan-Yevlax"da reytinq cədvəlində qərarlaşıblar. "Qırmızı-qaralar" 67,0 əmsalla 1416-cı sırada yer alıblar. "Karvan-Yevlax" 62,4 xalla 2787-cidir.
Debütantlar arasında ən yaxşı nəticəni "İmişli" göstərib. "Pambıqçılar" 67,6 əmsalla 1336-cı sırada qərarlaşıb.
Son reytinqlə müqayisədə “Sabah”, “Neftçi”, “Sumqayıt”, “Şamaxı” və “Qəbələ”də irəliləyiş müşahidə olunub. Xüsusən də, “Neftçi”nin 118 rəqibini geridə qoyduğunu demək olar. “Zirə”, “Turan Tovuz”, “Araz-Naxçıvan”, “İmişli”, “Kəpəz” və “Karvan-Yevlax” isə cədvəldə geriləyiblər.