
"İmişli" növbəti futbolçu transferini açıqlayıb.
Sport1.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Premyer Liqa təmsilçisi azərbaycanlı oyunçu Nazim Hüseynov ilə anlaşıb. 18 yaşlı yarımmüdafiəçi ilə 2 il 6 aylıq müqavilə imzalanıb.
Gənc futbolçu son olaraq "Qəbələ"nin formasını geyinib.