
Gəncədə “Kəpəz”in futbolçusunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Sport1.az xəbər verir ki, məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupu yayıb. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V.Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bıçaqlanan şəxs “Kəpəz”in futbolçusu Veysəl Rzayevdir.