son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ●

"Mövqeyimizi çətinləşdirdik" – Kaşkilya

Bölmə adı Premyer Liqa
Yayımlandı 30-01-2026, 19:37

"İmişli" Misli Premyer Liqasının 18-ci turunda səfərdə "Qəbələ"yə 2:3 hesabı ilə uduzub.


Sport1.az xəbər verir ki, qonaqların baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


"Komandamın oyunundan razı qalmadım. "Qəbələ"ni təhlil etmişdik. Bilirdik ki, onların sürətli oyunçuları var və uzun ötürmələrə üstünlük verirlər. Səhvlərimiz çox olduğuna görə məğlub olduq. "Qəbələ" kimi komanda ilə matçda bu cür səhvlər buraxmaq olmaz. Mövqeyimizi çətinləşdirdik. Buradan xalla ayrılmalı idik. Növbəti oyuna hazırlaşmalıyıq. "Kəpəz"ə qarşı daha yaxşı oyun göstərməyə çalışacağıq".


- "Neftçi" ilə matça qədər "İmişli" yaxşı performans göstərirdi. Həmin görüşdən sonra komanda 7 oyundur qələbə qazana bilmir. Sizcə, bunun səbəbi nədir?


- Qələbə qazana bilməsək də, böyük rəqiblərlə matçlarda xal almışıq. Fərqli səbəblər var. Heyətimiz geniş olmadığı üçün çətinliklər olur. Hər oyun bizim üçün önəmlidir. Xallar toplamaq lazımdır.


- İki əsas oyunçunuzun - Ezekiel Morqan və Yau Mozesin olmaması nəticəyə təsir etdi?


- İki vacib futbolçunun olmaması özünü göstərir. Yarımmüdafiədə boşluqlar var idi. İstədiyimiz dərin ötürmələri edə bilmirdik. Əlimizdə olan heyətlə bacardığımızı etdik. Cəzalar da futbolun bir hissəsidir.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR