
Bu gün Misli Premyer Liqasında 18-ci tura start veriləcək.
Sport1.az xəbər verir ki, “Sumqayıt”ın yeni transferi Emil Mustafayev həftənin açılış oyununda komandasına kömək edə bilməyəcək. 24 yaşlı yarımmüdafiəçi son anda matçın iştirak ərizəsindən çıxarılıb.
Buna futbolçunun ayağında yüngül ağrılar hiss etməsi səbəb olub. Mustafayevin durumuna həkim müayinəsindən sonra dəqiqləşəcək.
Qeyd edək ki, “Sumqayıt” bu gün səfərdə “Karvan-Yevlax”la qarşılaşacaq. Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da start götürəcək.