son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ●

"Sumqayıt" "Karvan-Yevlax"ı, "Qəbələ" "İmişli"ni məğlub etdi - YENİLƏNİB

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 30-01-2026, 18:58

Misli Premyer Liqasında 18-ci tur start götürür.


Sport1.az xəbər verir ki, bu gün 2 qarşılaşma baş tutacaq.


Turun ilk oyunu Yevlaxda keçiriləcək. "Karvan-Yevlax" "Sumqayıt"la qarşılaşacaq. Meydan sahibləri Füzuli Məmmədovun gəlişindən sonra ilk qələbəsini qazanmaq arzusundadır. "Kimyaçılar" isə autsayderi məğlub edərək avrokuboklar macərasını davam etdirmək istəyir.


Günün ikinci oyunu Qəbələdə keçiriləcək. Yerli komanda "İmişli"ni qəbul edəcək. "Qırmızı-qaralar" qələbə qazanaraq autsayderlər sırasından qurtulmaq istəyir. "İmişli" də qalib gəlmək niyyətindədir. Bu qələbə sayəsində "pambıqçılar" avrokuboklar zonasına yaxınlaşmaq istəyirlər. Bu komandaların oyunları maraqla gözlənilir. I Liqadan Premyer Liqaya yüksələn kollektivlər mövsümün ilk yarısında 2:2 hesabı ilə bərabərə qalmışdılar. 


30 yanvar (cümə)

“Karvan-Yevlax” – “Sumqayıt” - 0:2

Qollar: Aleksa Yankoviç, 20, Ronaldo Vaskez, 32

Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov

VAR: İnqilab Məmmədov

VAR-ın köməkçisi: Teymur Teymurov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Yevlax şəhər stadionu, 14:30


“Qəbələ” – “İmişli” - 3:2

Qollar: Dioqo Almeyda, 7 (0:1), 61 (2:2) Domi Massumo, 28 (1:1), 45+1 (2:1), 88 (3:2)

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Ruslan Quliyev

VAR: Əliyar Ağayev

VAR-ın köməkçisi: Rahil Ramazanov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu, 17:00

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR