
Madrid “Real”ının belçikalı qapıçısı Tibo Kurtua “Metropolitano” stadionunda yerləşdiriləcək yeni xatirə lövhəsinə namizədlər siyahısına salınmayacaq.
Sport1.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Məlumata görə, Madrid “Atletiko”sunun üzvləri yanvarın 5-dək klub tarixində iz qoymuş 20 ad üçün səsvermə keçirəcək. Bir vaxtlar bu klubun formasını geyinmiş Kurtua isə müəyyən edilmiş meyarlara uyğun gəlmədiyi üçün bu siyahıya daxil edilməyib.
Bu qərar o deməkdir ki, belçikalı qolkiperə aid əvvəlki xatirə lövhəsi stadiondan götürüləcək.
Qeyd edək ki, son illərdə “Atletiko” azarkeşləri Kurtuanın lövhəsini dəfələrlə təhqir ediblər. Bu cür hadisələr onun “Real” forması ilə sabiq klubuna qarşı meydana çıxdığı hər qarşılaşmada təkrarlanıb.
