
Misli Premyer Liqasının 28-ci turunda "İmişli" "Kəpəz"i məğlub etdi - 1:0.
Qarşılaşmadan sonra qonaqların kapitanı Azər Salahlı görüşlə bağlı fikirlərini Sport1.az-a açıqladı.
Müdafiəçi qələbə haqda bunları söylədi:
“Oyunun çətin keçəcəyini bilirdik. Hər iki komanda üçün çox vacib matç idi. Mövqe baxımından 3 yox, 6 xallıq oyun sayılırdı. Qələbə qazandığımız üçün xoşbəxtik. Artıq diqqətimizi qarşıdakı oyunlara yönəldəcəyik.”
Azər Salahlı hədəflərinin hər oyun yaxşı nəticə göstərmək olduğunu bildirdi:
“Oyundan-oyuna hazırlaşırıq. Hər rəqib fərqlidir. Növbəti matçda da maksimum nəticə üçün meydana çıxacağıq. Liqada qalmağımız və ya neçənci pillədə olmağımız fərqi yoxdur. Əsas məqsədimiz hər oyunda yaxşı nəticə göstərməkdir.”
Kapitan “Sumqayıt”la qarşıdakı oyun barədə də danışdı:
“Qubada ilk oyunda baş verənlər artıq keçmişdə qalıb. Bu, çempionatın əvvəlində yaşanmış bir hadisə idi və artıq unudulub. Növbəti oyuna adi matç kimi hazırlaşacağıq. Xüsusi prinsipiallıq yoxdur.”
MİRZƏ SAKİT