son dəqiqə SON DƏQİQƏ
I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edir ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ●

Üç şahmatçımızdan biri bu gün Avropa çempionu ola bilər

Bölmə adı Şahmat
Yayımlandı 19-04-2026, 13:49

Polşanın Katovitse şəhərində şahmat üzrə şəxsi Avropa çempionatında 10-cu turun partiyaları oynanılıb.


Sport1.az xəbər verir ki, hesabat turunda qitə çempionatının liderləri arasındakı partiyada qalib olmayıb.


Həmyerlimiz Nicat Abasovla ispan David Guijarro heç-heçə oynayıb. Azərbaycan şahmatçısı Aydın Süleymanlı qara fiqurlarla litvalı Valeri Kazakouskini üstələyib. Son Azərbaycan çempionu Məhəmməd Muradlı isə ağ fiqurlarla Latviya şahmatçısı Nikita Meşkovsa qalib gəlib.


10 turdan sonra turnir cədvəlində ilk beşlikdə 3 Azərbaycan şahmatçısı qərarlaşıb və hər üçünün çempionluq şansı var. Hərəyə 8 xal toplayan Nicat Abasovla Aydın Süleymanlı 1-2-ci yerləri bölüşür. Eyni xala malik Məhəmməd Muradlı əlavə göstəricilərə görə 5-ci pilləni tutur.


Bu gün keçiriləcək Avropa çempionatının son turunda Aydın Süleymanlı ağ fiqurlarla Məhəmməd Muradlıya qarşı mübarizə aparacaq. Nicat Abasov isə Rumıniya şahmatçısı Daniel Bogdanla üz-üzə gələcək.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR