son dəqiqə SON DƏQİQƏ
Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı

"Sabah" "Qarabağ"la oyunda ilk dəfə bunu etməyə məcbur olub - MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 19-04-2026, 11:26

Misli Premyer Liqasının 28-ci turunda "Qarabağ" - "Sabah"a məğlub oldu - 0:1.


Qarşılaşmadan sonra Masazır təmsilçisinin üzvü Timoteuş Puxaç Sport1.az-ın suallarını cavablandırdı.


Həmin müsahibəni təqdim edirik...


-Vacib qələbə qazandınız. Üstəlik, Kubokda yenidən “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyun və qarşıdakı görüş barədə fikirləriniz necədir?
- Qarşıda kubok oyunumuz var, ona görə də çox da bayram edə bilmərik. Hələ çempion deyilik və sona qədər mübarizə aparacağıq. İndi diqqətimizi kuboka yönəltmişik. Evdə onlara qarşı oynayacağıq. Oyuna gəldikdə isə bu cür görüşlər həmişə xoş olur. Düşünürəm ki, ilk hissədə həm onlar, həm də biz qol vura bilərdik. Meydanda yaxşı iki komanda, hücum futbolu, cəsarət və qorxu olmayan mübarizə var idi. Belə davam etməliyik.


-Qırmızı vərəqə aldıqdan sonra komanda bir hissəni azlıqda keçirdi, amma yenə də qol buraxmadınız...
-Düşünürəm ki, bu, kollektiv üçün çox yaxşı işlərin nəticəsi idi. Müdafiə olunmağı bacardıq. Eyni zamanda məşqçilər heyətinin qərarı da düzgün idi. Meydana əlavə mərkəz müdafiəçisi saldılar. Beşli xətt formalaşdırdıq. Açığı, bunu əvvəl məşq etməmişdik. Amma futbolçuların reaksiyası çox yaxşı oldu. Qol buraxmadıq. Bu da bizi çox sevindirir.


-Artıq çempionluğu qeyd etməyin vaxtıdırmı?
-Xeyr. Riyazi olaraq hələ çempion deyilik, işimiz bitməyib. Bunu sona çatdırmalıyıq. Üstünlük yaxşıdır, amma hələ hər şey bitməyib.


- Komandanın Çempionlar Liqasında oynamaq ehtimalı var. Bu sizi nə dərəcədə motivasiya edir?
-Təsəvvür edə bilməzsiniz nə qədər çox istəyirəm. Amma dediyim kimi, indi diqqətim növbəti oyundadır. Qarşımızda iki kubok qazanmaq şansı var. Bu, çox böyük fürsətdir. İndi buna fokuslanmalıyıq.


-Klubdakı gələcəyiniz barədə qərar vermisinizmi?
-Bilmirəm. Burada qalmaq istərdim. Kollektivi sevirəm. Amma bu məsələlər həmişə müqavilələrə, klublara və maliyyəyə bağlı olur. Ona görə də qalmaq və ya getmək asan qərar deyil. Amma deyə bilərəm ki, bu komanda ilə oynamağı çox sevirəm. "Sabah" həqiqətən möhtəşəmdir.


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR